Saturday, April 9, 2011

Aralarına peyğəmbər göndərilməyən və “Quran” gəlib çatmayan insanların aqibəti necə olacaq? Bu insanların günahı nədir?


*Allah heç kəsi rəhmətindən, vəhyindən və ayələrindən məhrum etməmişdir. “Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!”(Fatir,35/24) və “(Ya Rəsulum) Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik.” (ən-Nəhl, 16/63)
*”Quran-i Kərim” bütün peyğəmbərlərin qissələrini (hekayələrini) anlatmamışdır. “Həqiqətən də biz səndən əvvəl bir çox peyğəmbərlər göndərdik. Onlardan bəziləri haqqında məlumat versək də, bəziləri haqqında isə heç bir məlumat vermədik” (əl-Mömin(Ğafir), 40/78).
   Allah hər şeyə, hətta arıya belə vəhy edir: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör” (ən-Nəhl,16/68).
   Bəzən vəhy Cəbrailin (a.s) endirdiyi bir kitab, bəzən Allahın qulunun qəlbinə saçdığı bir nur, bəzən bir həqiqət, bəzən bir anlayış, bəzən isə bir həya, bir təvazökarlıq, bir qorxu və bir təqvadır.
   Səhrada yaşayan bir zənci bədəvinin qorxaraq səmaya elə bir baxışı vardır ki, Allah qatında o baxış çox məqbuldur. Əgər araşdırılarsa, onlara da bir peyğəmbərin gələrək həqiqətləri anlatdığı ortaya çıxar.
   Məsələn, Afrikadakı bir qəbilənin əqidəsinə görə, onların sitayiş etdikləri ilah təkdir, doğmamışdır, doğulmamışdır və tayı-bərabəri yoxdur. O, görünməzdir, sadəcə əsərləri ilə və felləri ilə tanınır. O, yaradıcıdır, ruzi verir, duanı eşidir, şimşək onun xəncəridir, göy gurultusu onun yerişidir.
   Bu sözlər sizcə, “İxlas” surəsindəki ifadələrə yaxın ifadələr deyilmi? Yaşadıqları dövrdə bir peyğəmbər və ya bir təbliğçi olmadan bu məlumat onlara haradan gəlmişdir? Tərtəmiz həqiqətlər təbliğ edildikdən sonra zaman keçdikcə dövr dəyişmiş, nəticədə xurafatlar qarışaraq bu dini saflığı pozub qaraltmışdır.
* (İslamın beş təməl şərtinin qısa izahı-Müxtəsər Elmihal, Osman Bilgen)