Hədislər



Allah birinci safı (sıra, namaz vaxtı sıraya düzülmək) dolduranlara rəhmət edər; mələklər də onlar üçün dua edərlər. Safları doldurmaq üçün atılan bir addımdan Allah rızasına daha yaxın başqa bir addım yoxdur.
                                  (Əbu Davud, Salat: 45)


Şübhəsiz ki, münafiqlərə ən ağır gələn namazlar bu -gecə və sübh- namazlardır. Əgər bu iki namazdakı savabı bilmiş olsaydınız, dizləriniz üzərində əməkləyərək də olsa, bu namazlara davam edərdiniz.
                                  (Əbu Davud, Salat: 48)


Kim layiqiylə davam edərsə, onun üçün qiyamət günündə nur, dəlil və qurtuluş olar.
                                  (Fəthü"r-Rabbani, 2.232: 81)


Bir kimsənin başqasıyla birlikdə qıldığı namaz, tək başına qıldığı namazdan daha parlaq və daha savablıdır. İki insan ilə birlikdə qıldığı namaz da bir insanla birlikdə qıldığı namazdan daha fəzlətlidir. Birlikdə namaz qılanlar nə qədər çox olarsa, o nisbətdə Allahın rıza və sevgisinə yaxın olarlar.
                                  (Nəsəi, İmamə: 45)


Sizi yüksək dərəcələrə yüksəldəcək və günahları örtəcək bir şey göstərimmi? Sıxıntı və məşəqqət zamanında dəstəmaz almaq, məscidlərə tez-tez getmək və bir namaz vaxtından sonra digərini arzu ilə gözləmək.
                                  (Fəthü"r-Rabbani,2.210: 35)


Allaha səcdə edən heç bir qul yoxdur ki, Allah onun hər səcdəsinə qarşılıq bir savab yazmasın, onun bir günahını silməsin və onu səcdə ilə bir dərəcə yüksəltməsin. Elə isə çox səcdə edin.
                                (İbni Macə, İqamə: 201)


Müsəlman bacı və qardaşlarına gülər üz göstərmək sədəqədir. Yaxşılığı əmr edib, pislikdən çəkindirmək sədəqədir. Yolunu itirmiş birinə yol göstərmək sədəqədir.
                                (Tirmizi, Birr: 36)


Heç şübhəsiz ki, dünyada malı çox olanlar, Axirətdə savabı az olanlardır. Ancaq, Allahın mal verib malını sağına, soluna, önünə, arxasına saçan və onu xeyir və gözəl əməllərdə sərf edənlər müstəsnadır.
                               (Buxari, Rikak: 13)


İslam beş əsas üzərinə qurulmuşdur: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həccə getməkdir.
                               (Tirmizi, İman: 3)


Rəsulullaha (sas): "Sədəqələrin ən üstünü hansıdır?" deyə soruşdum. Peyğəmbər (sas): "Azdan verilən sədəqədir. İşə, dolanışıqlarını təmin etməklə mükəlləf olduqlarından başla!" buyurdu.
                              (Əbu Davud, Zəkat: 40)


Üzərinizdəki mal borcunu, zəkatını verdiyin zaman ödəmiş olursan.
                             (İbni Macə, Zəkat: 3)


Allah rızası üçün haqqına riayət edərəkzəkat verən, evinə dönənə qədər Allah  yolunda cihad edən adam kimidir-onun kimi savaba nail olar-.
                           (Fəthü"r-Rabbani, 15.8: 17)


Şərtlərinə riayət edərək gözəl dəstəmaz almaq, imanın yarısıdır. Allaha həmd etmək mizanı doldurar. Təşbeh və təkbir səmaları və yer üzünü doldurar. Namaz nurdur, zəkat dəlildir, səbir ziyadır. Quran isə lehində və ya əleyhində bir dəlildir.
                         (Nəsəi, Zəkat: 1)


Kim bir müsibətə uğrayıb Allaha sığınaraq sizə gələrsə, onu qoruyun. Kim Allah eşqinə sizdən bir şey istərsə, ona verin. Kim sizi dəvət edərsə, dəvətinə qatılın. Sizə bir yaxşılıq edənə siz də yaxşılıq verin. Əgər qarşılıq olaraq verəcək bir şey tapmasanız, qarşılığını verdiyinizə qənaət edənə qədər dua edin.
                     (Nəsəi, Zəkat: 72)


Qulun Rəbbinə ən yaxın olduğu hal, səcdədəki halıdır. Elə isə səcdədə duanı çox edin.
                     (Müslim, Salat: 215)


Ey Əli! Üç şeyi geciktirmə: Vaxtı girən namazı, Hazır olan cənazəni, bərabərini tapan qızı və ya dul qadını evləndirməyi.
                    (Tirmizi, Salat: 13)


İnsanın ailəsi, malı, uşaqları və qonşusu ilə olan qüsurlarına namaz, oruc, sədəqə, yaxşılığı tövsiyə etmək və pislikdən çəkindirmək kimi gözəl əməlləri kəffarə olar.
                   (Buxari, Məvaqit: 4)


Peyğəmbərimizə (Sas) : "Allahın ən çox sevdiyi əməl hansıdır?" deyə soruşdum. "Vaxtında qılınan namaz" cavabını verdi. "Sonra hansıdır?" deyə soruşdum. "Anaya, ataya yaxşı davranmaq" buyurdu. "Daha sonra hansıdır? sualına da, Allah yolunda cihad qarşılığını verdi.
                   (Müslim, İman: 139)


Vaxtın başında qılınan namazda Allahın rızası, sonunda qılınan namazda da Allahın əfvi vardır.
                   (Tirmizi, Salat: 13)


Allah üçün çox səcdə edin. Çünki, Allah üçün etdiyiniz hər bir səcdəyə qarşılıq, Allah, sizi bir dərəcə yüksəldər və xətalarından birini bağışlar.
                       (Müslim, Salat: 225)


İnsan ilə şirk və küfr arasında, ancaq namazın tərki vardır.
                       (Müslim, İman: 134)


Şübhəsiz, sədəqə Allahın qəzəbini söndürər və sahibini pis ölümdən qoruyar.
                       (Tirmizi, Zəkat: 28)


Hər kim əzanı eşitdikdən sonra: "Ey bu dəvətin -əzanın- və qılınmaq üzrə olan namazın Rəbbi olan Allahım! Məhəmməd'ə (sas) vəsiləni, fəziləti ehsan et. Bir də Onu Ona və'd etdiyin Məqam-ı Mahmuda çatdır." tərcüməsindəki duanı oxuyarsa, Qiyamət Günündə şəfaətimə layiq olar.
                           (Buxari, Əzan: 8)


Yarım bir xurmanı sədəqə verməklə belə olsa, Cəhənnəm atəşindən qorunun. Bunu da tapmasanız gözəl bir söz söyləyin.
                           (Müslim, Zəkat: 68)


Zəkat İslamın körpüsüdür.
                           (Kəşfü'l-Hafa, 1: 1416)


Sədəqələrin və yardımların ən xeyirlisi, verilən adamın ehtiyacını aradan qaldırandır. Verən əl, alan əldən daha xeyirlidir. Sədəqə verməyə baxmaqla məsul olduqlarından başla.
                           (Nəsəi, Zəkat: 60)


Hər kim heç bir şeyi Allaha ortaq qoşmadan, tam bir ixlas ilə Onun birliyinə inanaraq, Ona ibadət edərək, namazı tamamilə düzgün qıldığı və zəkatı verdiyi halda dünyadan ayrılarsa, Allah ondan razı olaraq ölmüş olar.
                          (İbni Macə, Müqəddimə: 9)


Namazın açarı təmizlikdir.
                           (İbni Macə, Təharə: 3)


Mənə salavat gətirən heç bir Müsəlman yoxdur ki, salavat gətirdiyi müddət ərzində mələklər də ona dua və istiğfar etməsin. Artıq qul istəyir az salavat gətirsin, istəyir çox.
                          (İbni Macə, İqaməti's- Salat: 25)


Yaxşı görməyən birinə yardımcı olmaq sədəqədir. Daş, tikan və sümük kimi insanlara zərər verəcək bir şeyi yol üzərindən qaldırmaq sədəqədir. Vedrəndən müsəlman bacı və qardaşının vedrəsinə su boşaltmaq sədəqədir.
                           (Tirmizi, Birr: 36)


Dünya nemətlərindən qadınlar, gözəl qoxu və gözümün nuru namaz mənə sevdirildi.
                           (Nəsəi, İşarəti'n- Nisa: 1)


Namazların bir qismini -nafilə namazları- evlərinizdə qılın. Evlərinizi Allahın zikrindən məhrum etməklə qəbirlərə çevirməyin.
                            (Buxari, Salat: 280)


Heç bir fərz namazı qəsdən tərk etmə. Kim namazı qəsdən tərk edərsə, ilahi qoruma və təminatdan məhrum qalar.
                            (İbni Macə, Fitən: 23)


Kənddə və ya səhrada (çöldə) oturanlardan üç adam bir araya gəlib camaatla namaz qılmazlarsa, şeytan onlara qələbə çalar. Camaata davam edin. Çünki sürüdən ayrılanı canavar qapar.
                            (Nəsəi, İmamə: 48)


Qaranlıqlarda məscidlərə davam edənləri, Qiyamət Günündə tam bir aydınlıq ilə müjdələyin.
                            (Əbu Davud, Salat: 50)


Qulun əməllərini qeyd edən iki mələk, gecə və gündüz qeyd etdiklərini Allah ərz edər və Allah da səhifənin başında və sonunda xeyir; yəni namaz olduğunu görüncə: "Şahid olun ki, Mən səhifədə başdan sona yer alan bütün günahlarını əfv etdim." buyurar.
                             (Tirmizi, Cənaiz: 9)


Allahü Təala ayət-i kərimədə -tərcüməsində- buyurdu ki:

Hasənat(Gözəl əməllər), günahları yox edər. 

                            (Hud surəsi: 115)

İsti su, buzu əritdiyi kimi, yaxşı xasiyyət də xətaları əridər. Sirkə balı korladığı kimi, pis xasiyyət xeyir əməli, gözəl əməlləri yox edər. 

                            (Hədis-i şərif-Bərika)

Həsəd etməkdən çəkinin. Bilin ki, atəşin odunu yox etdiyi kimi, həsəd də gözəl əməlləri yox edər.                   (Hədis-i şərif-Bərika)

Allah üçün edilməyən xeyir əməl, gözəl işlər
 və ibadətlər qəbul edilməz. 

                            (Məhəmməd Hadimi)

Haram pul ilə xeyir əməl, gözəl işlər etmək, pisliyi idrar ilə yuyub təmizləmək kimidir. 

                             (Süfyan-ı Səvri)