“Məqbul olan
həccin qarşılığı cənnətdən başqa bir şey deyildir.”
(Hədisi Şərif)
Həcc ilin
müəyyən günlərində müəyyən yerləri, müəyyən üsullarla ziyarət etməkdir. Bu
ziyarət həcc niyyəti ilə ehrama girib, Ərəfatda vəqfədə olmaq və Kəbəni təvaf
etməkdən ibarətdir. Ehram həccin şərti, vəqfi və təvaf isə onun rüknləridir
(əsasları).
İstər kişi, istərsə də qadın olsun, həccin
şərtlərini daşıyan, yəni sağlamlıq və sərvət baxımından həcc etmə imkanına
sahib olan hər müsəlmanın ömründə bir dəfə həccə getməsi fərzdir. İmkan ələ
keçincə, gecikdirilmədən yerinə yetirilməsi gərəkdir.
Bir şəxsə
həcc ibadətinin fərz ola bilməsi üçün aşağıdakı şərtlər vacibdir.
1.
Müsəlman
olmaq
2.
Yetkinlik
çağına girmək
3.
Ağıllı
olmaq
4.
Azad
olmaq
5.
Əsas
ehtiyaclarına və evinə dönüncəyə qədər ailə fərdlərinə yetəcək, yol və vasitə
məsrəflərini ödəyəcək qədər pula sahib olmaq.
Üzərinə həcc
ibadəti fərz olan bir şəxsin bu fərzi şəxsən yerinə yetirə bilməsi üçün lazım
olan şərtlər bunlardır:
1.
Sağlam
olmaq. Həcc etməklə
mükəlləf olan şəxsin səhhətinin buna əlverişli olması lazımdır. Fiziki cəhətdən
həccə getməyə mane bir xəstəliyi olan şəxsin yerinə vəkil göndərməsi və ya bunu
vəsiyyət etməsi lazımdır.
2.
Yol
təhlükəsizliyi.
Həccə getmə və gəlməyə mane olan müharibə və s. kimi bir durumun olmaması.
3.
Qadının
əri və ya məhrəminin (oğlu, qardaşı, atası kimi, nikaha girməsi caiz olmayan
bir yaxınının) yanında olması.
4.
Əri
vəfat edən və ya boşanmış olan qadın iddətinin (ərindən boşanandan 100 gün ya
da əri vəfat edən qadının 130 gün
keçəndən sonra təzədən ərə getmək üçün gözləməyə məcbur olduğu müəyyən bir
müddət) bitmiş olması.
5.
Həbs
kimi bir əngəlin olmaması.
Ediləcək
həccin səhih ola bilməzi üçün aşağıda göztərilən 3 şərtin ödənilməsi lazımdır:
1.
Ehram.
Həcc etməyə
niyyət edən şəxsin başqa zamanlarda etməsi mübah olan bəzi fel və davranışları,
həccin rüknləri (əsasları) tamamlanıncaya qədər özünə haram qılması deməkdir.
2.
Zaman.
Həccin
fərzlərini, yəni ehrama girmə, Ərəfat Vəqfəsi və ziyarət təvafını müəyyən
edilmiş vaxtlarda yerinə yetirmək həccin səhih olmasının əsas şərtidir.
Həcc Şəvval, Zilqadə aylarının tamamı,
Zilhiccə ayının ilk on günü içində yerinə yetirilir. Həcc mənasikindən (İbadət ediləcək
yerlər. İbadət ədəb və üsulu) hər biri (vəqfə, təvaf, səy, şeytan daşlama) bu
aylar içində müəyyən edilmiş vaxtlarda yerinə yetirilməlidir. Bu şərtlər
daxilində yerinə yetirilməzsə, həcc səhih olmaz.
3.
Məkan.
Həccin
fərzlərinin xüsusi məkanlarda yerinə yetirilməsi lazımdır. Bu da Ərəfat
vəqfəsinin Ərəfat sərhədləri daxilində və təvafın da Kəbənin ətrafında və
məscidin sərhədləri daxilində edilməsi deməkdir.
1. Ərəfat Vəqfəsi
Ərəfat vəqfəsi
edilməzsə, həcc səhih olmaz. Bu Məkkənin təxminən 25 km . Cənub şərqində
yerləşən və haram bölgəsi xaricində qalan, sərhədləri işarələnmiş olan Ərəfat
bölgəsində yerinə yetirilir. Həcc əsnasında Ərəfata çıxmayan zəvvarın Həcci
səhih olmaz. Çünki hədisdə də buyurulduğu kimi: “Həcc Ərəfatdır!”.
Vəqfənin səhih olmasının şərtləri
bunlardır:
2. Vəqfəni Ərəfat hüdudları içində və
Ərəfə günü zəval vaxtından (zöhr namazının giriş vaxtı) bayram səhəri “fəcr-i sadiq”ə, yəni dan yerinin
ağarmasına (səhər namazının giriş vaxtı) qədərki zaman içində yerinə yetirmək.