Thursday, February 17, 2011

Dəstəmaz (abdəst) necə alınır?

               Namaz səadət tacıdır,
           Namaz möminin miracıdır




 Dəstəmaz almaq namazın fərzlərindəndir. Quran-i Kərimi tutmaq, Kəbəni tavaf etmək, cənazə namazı qılmaq və tilavət səcdəsi etmək üçün də dəstəmaz almaq lazımdır. Hər zaman dəstəmazlı (abdəstli) olmaq çox savabdır. Dəstəmazı olduğu halda ölən müsəlmanlar şəhid hesab ounur. Həzrət-i Peyğəmbərimiz (sas) buyurdular ki: 
"Dəstəmazlı olaraq ölən ölüm acısı çəkməz. Çünki, dəstəmaz imanlı olmanın əlamətidir. Namazın açarı, bədənin günahlardan təmizləyicisidir."
Müsəlman dəstəmaz aldıqda günahları qulağından, gözündən, əlindən və ayağından çıxar. Oturduqda mağfirət (bağışlanmış) olaraq oturar.

Əməllərin ən xeyirlisi namazdır. Dəstəmaza davam edənlər ancaq möminlərdir. Mömin gündüz dəstəmazlı olmalı, gecə də dəstəmazlı yatmalıdır. Belə etdikdə, Allah-ü Təalanın qoruması altında olar. Dəstəmazlı ikən yeyib-içənin qarnındakı yemək və su zikir edər. Qarnında qaldığı müddətdə onun üçün istiğfar (tövbə) edər.
Dəstəmazı fərzləri, sünnətləri, ədəbləri və onu pozan şeylər vardır. Namaz qılarkən dəstəmazı pozulan, salam verib namazdan çıxar və yenidən dəstəmaz alıb namazını qılar.
Dəstəmazın alınması:
1-Sol əl ilə sağ əli biləkdən üç dəfə yumaq, sonra sağ əl ilə sol əli biləkdən üç dəfə yumaq (bu dua oxuna bilər : Bismillahil-azim. Vəl-hamdü lillahi ala dinil-İslam. Və ala təvfik-ıl-iman. Əl-hamdü lillahil-ləzi cəaləlmaə tahurən və cəaləl-islamə nurən.
Mənası: Əzim olan Allah-ü Təalanın adı ilə başlayıram. Bizə İslam dinini verən və imanı ehsan edən Allah-ü Təalaya həmdü sənalar olsun. Suyu təmizliyici, islamı nur edən Allaha həmdü sənalar olsun.)
2-Sağ əl ilə ağıza üç dəfə su verib boşaltmaq. ( Allahümməs-kıni min havdi nəbiyyikə kəsən la əzməu badəhu əbədən.
Mənası: Ey Allahım! Ondan içdikdən sonra bir də susuzluq duyulmayan Nəbi hövzəsindən bu quluna bir badə içir.)
3-Sağ əl ilə buruna üç dəfə su verib, sol əl ilə təmizləmək. (Allahümmə ərihnı rayihatəl cənnəti verzükni min niamiha. Və la türihnı rayihatən-nar.
Mənası: Ey Allahım! Mənə Cənnət qoxusunu hissetdir və məni Cənnət nemətləri ilə ruziləndir. Cəhənnəm qoxuları ilə deyil.)
4-Ovuclara su alıb alından çənə altına, gicgahlara qədər üzü yumaq (Allahümmə bəyyid vəchi binurikə yəvmə təbyaddü vücuhu əvliyaikə və la tüsəvvid vəchi bi zünubi yəvmə təsvəddü vücuhu adaikə.
Mənası: Ey Allahım! Nurunla, Övliyaların üzünü ağartdığın (ağ etdiyin) kimi mənim üzümü ağ eylə. Düşmənlərinin üzünün qara olduğu gündə, mənim günahlarıma görə üzümü qara çıxartma.)
5-Sol əl ilə sağ qolu dirsəyə qədər üç dəfə yumaq (Allahümmə atıni kitabi biyəmini və hasibni hisabən yəsirən. Mənası: Ey Allahım! Kitabımı sağ tərəfimdən ver və məni asan hesaba çək.)
6-Sağ əl ilə sol qolu üç dəfə dirsək daxil yumaq ( Allahümmə la tutinı kitabı bi şimalı və la min vərai zahrı və la tühasibni hisabən şədidən.
Mənası: Ey Allahım! Kitabımı sol tərəfimdən və arxamdan vermə. Məni çətin hesaba çəkmə.)
7-Hər iki qolu yuduqdan sonra əlləri təkrar yumaq və nəm əl ilə başı məsh etmək
( Allahümmə harrim şari və bəşəri alən-Nar. Və əzılləni tahtə zıllı arşikə yəvmə la zıllə illa zıllü arşikə.Mənası: Ey Allahım! Vücudumu və saçlarımı Cəhənnəmə atma. Kölgənin olmadığı gündə məni Ərş-i A'lanın kölgəsində tut.)
8-Daha sonra sağ və sol əlin şəhadət barmaqları ilə iki qulağın dəliklərinə su verərkən( nəm barmağı sadəcə içinə salmaq-təmizləmək) baş barmaq ilə qulağın arxası məsh edilir.
(Allahümməc-alnı minəlləzinə yəstəmiunəl-kavlə fə yəttəbiunə ahsənəhu.
Mənası: Ey Allahım! Məni Sənin sözünü dinləyib ən gözəl əməl edənlərdən eylə.) 
Digər qalan üç barmaq ilə boyun məsh edilir.( Allahümmə atık rakabəti minən-Nar.
Mənası: Ey Allahım! Boynumu atəşdən azad eylə.)
9-Sol əl ilə sağ ayağı üç dəfə topuqdan yumaq (barmaqların arası daxil). (Allahümmə səbbit kadəməyyə aləs-sıratı yəvmə təzillü fihil-əkdamü.Mənası: Ayaqların düşdüyü gündə sirat (körpüsü) üzərində ayaqlarımı sabit eylə.)
10-Sol ayağı (sol əl ilə) üç dəfə ( barmaq arası daxil)  topuqdan yumaq. (Allahümmə la tatrud kadəməyyə aləs-sırati yəvmə tatrudü küllü akdami adaikə. Allahümməc-al sayı məşkurən və zənbi mağfurən və aməli makbulən və ticarəti təburə.
Mənası: Ey Allahım! Sənin düşmənlərinin sıratda  (sirat körpüsü) ayaqlarının düşdüyü gündə mənim ayaqlarımı düşürmə. Ey Allahım! Çalışmağımı məşkur eylə. Günahımı əfv eylə. Əməlimi qəbul eylə. Ticarətimi halal eylə.)
*Bu duaların oxunması fərz deyil, ancaq oxunarsa daha xeyirlidir.