Friday, February 25, 2011

Xocalı SOYQIRIMI...QAN YADDAŞIMIZ!

Xocalı soyqırımı yüzlərlə etnik Azərbaycan dinc əhalisinin Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan və Rusiya silahlı qüvvələri tərəfindən 25-26 fevral 1992-ci ildə Xocalı şəhərindəki qətli idi. Azərbaycan tərəfinə görə, həmçinin, Memorial İnsan Hüquqları Mərkəzi və digər beynəlxalq müşahidəçilərə görə,qətliam, deyilənə görə Rusiyanın 366-cı Motoatıcı Piyada Alayının, görünüşdə isə əmrlərə tabe olmayan etnik erməni silahlı qüvvələri tərəfindən törədilmişdir. Qurbanların rəsmi sayı Azərbaycan hakimiyyəti orqanları tərəfindən 106 qadın və 83 uşaq daxil olmaqla 613 mülki vətəndaş olduğu bildirilmişdir. Bu hadisə Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş vermiş ən böyük qırğın oldu.
1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan bu hadisə Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermişdir. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.
Artilleriya silahından və sərt hərbi alətlərlə 25 Fevral axşamından şəhərin qırğınına başlandı. Bu yanğın nəticəsində səhər saat 5-ə kimi bütün şəhər alov içində idi. Şəhərdə yaşayan əhali (təxminən 2500 nəfər) əsasən azərbaycanlılar tərəfindən məskunlaşmış ən yaxın yer və bölgə mərkəzi olan Ağdama yol tapmağı ümid edərək öz evlərini tərk etməyə məcbur oldular. Nəticə olaraq:
613 nəfər -  63 uşaq, 106 qadın, 70 yaşlı öldürüldü. 8 Ailə tamamilə öldürüldü. 25 uşaq hər iki valideynini itirdi.
130 uşaq valideynlərindən birini itirdi.
487 nəfər 76 uşaq daxil olmaqla yaralandı.
1275 nəfər əsir alındı. 150 nəfər itkin düşdü.
Ermənilər tərəfindən törədilmiş Xocalı faciəsinin tanınması Livanın paytaxtı Beyrutda yaşayan bir erməni jurnalistin yazısı ilə daha da görünmüşdür. Politoloq Rövşən Novruzoğlu, Xocalı faciəsinin öyrənilməsi üçün istintaq etmişdir. O, "Əş-Şərq" agentliyi tərəfindən nəşr olunmuş kitabın bu qanlı hadisələrə işıq tutduğunu dedi. Bu kitabın adı "Xaç naminə..." dir. Müəllif Daud Xeyriyan kitabın 19-76-cı səhifələrini Xocalı hadisələrinə həsr etmişdir.
Səhifə 24 "Xaç naminə ..." Daud Kheyriyan:
"... Bəzən biz ölülərin üzərindən yürüməli olurduq. Daşbulaq yaxınlığındakı bataqlığı keçmək üçün cəsədlər döşənmiş yol düzəldik. Mən ölülər üzərindən yürüməyə etiraz etdim. Sonra, polkovnik Oganyan mənə qorxmamaq əmri verdi. Bu hərbi qanunlardan biridir. Mən ayağımı 9 və ya 10 yaşlarında bir qızın sinəsinə basaraq yürüməyə başladım... Mənim ayaqlarım və mənim fotokameram qan içərisində idi... "
Səhifə 62 və 63 "Xaç naminə ... " Daud Xeyriyan:
”Qaflan” erməni qrupu (Cəsədlərin yandırılması ilə məşğul olan) martın 2-də Türkün  (Azərbaycan) 100 nəfərinin cəsədini toplamış və Xocalıdan bir kilometr qərbdə olan bir yerdə onları yandırmışdır... Mən 10 yaşında əlindən və başından yaralanmış bir qızın avtomobil yolunda yerdə uzandığını gördüm.
Onun üzü artıq mavi rəngə çalırdı. Lakin aclıq, soyuqluq və yaralarına baxmayaraq o, hələ sağ idi. O, çətinliklə nəfəs alırdı. Mən ölümlə mübarizə aparan o gözləri unuda bilmirəm...Qəfildən, Tigranyan adlı bir əsgər o cəsədi götürüb digər cəsədlərin yanına atmağı söylədi. Sonra onlar cəsədləri yandırdılar. Mənə elə gəldi ki, kimsə yanan cəsədlər arasında ağlayır...Bütün bunlardan sonra mən irəli gedə bilmədim. Ancaq, mən Şuşanı görmək istəyirdim...Mən qayıtdım. Və onlar  xaç naminə öz döyüşlərini davam etdirdilər...”  
Bu günə qədər beynəlxalq kütləvi informasiya vasitələri Xocalı faciəsini daha açıq şəkildə danışıblar. Həqiqət beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Çətin ki, bu Xocalı faciəsi bütün insanlıq tərəfindən unudulsun.
Allah bütün SOYQIRIM Qurbanlarına rəhmət eləsin!