Monday, March 7, 2011

Yaxşı niyyətin qarşılığı...

Bu da başqa bir gözəl, ibrətli hekayə. Oxuyun və zövq alın, ancaq ibrət götürməyi unutmayın J
(Əhməd Şahinin “İslamı böyle yaşadılar” kitabından)
                                
                                         * * * * * * *

Misirdə bir məscidə yanğın düşdü. Bir gecə içində məscid yanaraq kül oldu. Buna çox kədərlənən Müsəlmanları maraq bürüdü. Şaiyələr ayaq alıb yeridi:
-Bu məscidi çevrəmizdəki xristianlar yandırdılar. Onlar gündə beş vaxt azan oxunmasına dözə bilmirdilər...?
Bu rəvayətlər gücləndikcə, bu dəfə məhəllədəki bir neçə qəzəbli adamlar da əvəzində tədbir görməyə başladılar.
Bir gecə qaranlığında ətrafdakı xristian evlərini yandırmağa başladılar. Sabaha qədər evlər kül oldu.
Bir dənə xristian evi qalmadı.
Vəziyyət məhəllə məhkəməsinə gedib çıxdı. Araşdırma nəticəsində günahkar hesab edilənlərə yaxalanaraq kimisinə edam, kimisinə də qamçı cəzası verildi.
Edam cəzası verilənin əlinə edam kağızı, qamçı cəzası verilənin əlinə də qamçı yazısı verilib bir yerdə içəri saldılar...
Bu vaxt edam cəzası kağızını alan biri ağlamağa başladı. Dayanmadan ağlayır:
-İndi mənim halım necə olacaq? Deyə ağlayırdı.
Yanındakı soruşdu:
-Niyə ağlayırsan, ölümdən qorxursan?
O cavab verdi:
-Yox, ölümdən qorxduğum üçün ağlamıram!
-Yaxşı, bəs nə üçün?
-Mənim yaşlı bir anam var, məndən başqa ona baxacaq heç kimi yoxdur. Mən edam edilsəm anam pərişan olacaq, əllərdə qalacaq. Ona görə göz yaşımı tuta bilmirəm.
Yoldaşı bu dəfə belə b ir təklif irəli sürdü:
Onda buna bir çarə tapaq.
-Buna çarə var ki? Budur, əlimdə edam kağızı. Qarşımda da edam yeri!...
Yoldaşı cavab verdi:
-Buyur, mən əlimdəki qamçı kağızını sənə verirəm, bunu götür, sən qamçı cəzasını çək. Mənə də özünün edam kağızını ver. Mən də edam cəzası çəkim. Sənin yerinə mən ölüm. Heç olmasa mənim bu yaxşılığım qalsın!
Beləliklə, kağızları dəyişdilər. Edamlıq olan qamçı kağızını aldı, qamçı kağızı olan da edam kağızını aldı. Gözləməyə başladılar.
Bir az sonra mühafizəkarlar gəldi.
-Cəld, tez olun görüm edam yerinə-dedilər.
Cəzanın tətbiq ediləcəyi yerə çatdıqları vaxt qarşılarında onları cəzalandıran hakimi gördülər. Hakim edam hökmü verdiyinə işarə edərək:
-Bunu ipə aparın, tez! Dedi. Ancaq, gördü ki, ipə o deyil, digəri gedir.
-Ver, baxım o kağıza? Deyərək edam yazıldığını görüb soruşdu:
-Mən sənə edam kağızı deyil, qamçı kağızı vermişdim. Bu necə olur?
İsrar etdiyini görüb anlatmağa başladı:
-Möhtərəm Hakim, bu yoldaşımın yaşlı anası var imiş,ona baxmaq üçün qamçı cəza kağızımı ona verdim, edam kağızını isə mən aldım. Getsin yaşlı anasına baxsın, ana haqqı başqa haqlara bənzəməz. Onun yerinə mən edam edilim, mən ölüm. Necə olsa bu əvvəl-axır olacaq!
Hakim bu dəfə dərin fikrə getdi.
-Bu necə fədəkarlıq, bu nə qəhrəmanlıq!
Və sözünü belə tamamlayır:
-Yaxşı, mən ikinizi də əfv edirəm. Səni anana baxmağı düşündüyünə görə əfv edirəm, səni də bu dərəcədə fədəkar olduğuna görə əfv edirəm. İkiniz də yaxşı niyyətinizin mükafatını görün. Siz ev yandıran insana bənzəmirsiniz! Günahkar ola bilməzsiniz! Biz səhv insanı yaxalamışıq...