Sunday, March 6, 2011

İki oğlu da övliya olan Ana...


Necə də xoşbəxt anadır J ...Bu hekayəni də “yaddaş kitabçam”dan tapdım J Çox inanıram ki, bəyənəcəksiniz...
(Əhməd Şahin’in “İslamı böyle yaşadılar” kitabından)

                                      * * * * * * *

 Gelibolu Yarımadasını gözləyən şəhidlərimizin başında Osmanlı övliyaları da var. Bunlardan biri Cahidə Sultandırsa, digər ikisi də məşhur Əhməd-i Bicanla böyük qardaşı Məhməd-i Bicandır.
   Əhməd-i Bican hələ də şövqlə oxunan Ənvarül’-aşiqin kitabının müəllifi olduğu kimi Məhməd-i Bican da onun kimi çox oxunan Əhmədiyyə’nin müəllifidir. Hər iki kitab da əsrlərcə Osmanlı Müsəlmanlarının imanını qüvvətləndirmiş, dini duyğularını gücləndirmişdir. Otaqlarda, evlərdə, toplantı yerlərində bu əsərlər əsrlərcə oxunmuşdur.
   Belə dəyərli əsər sahiblərinin anaları necə idi? Bunun da digər maraqlı bir mövzu olduğu açıqdır. Belə ibrətli bir hadisəni daha da açıqlayaq.
   Olan hadisə bu cür cərəyan edir:

   Əhməd-i Bican məsciddə vaaz verir. Söhbətinin tam ortasında ikən böyük qardaşı Məhməd məscidə girir. Ancaq, Məhməd məscidin girişində dayanır və içəri girmək fikrindən daşınır, həm də təbəssüm edərək çıxıb gedir.
   Əyləşdiyi yerdən vəziyyəti görən kiçik Əhməd buna çox kədərlənir.
   Evə gəldiyin vaxt anasına dərdini anlatmağa başlayır:
-Bu gün mən vaaz verərkən böyük qardaşım məscidə gəldi, vaazımı dinləmədi, həm də gedərkən gülümsəyərək getdi...
   Anası buna çox kədərlənir. Bir fürsət tapar-tapmaz bunun səbəbini Məhməddən soruşar:
-Oğlum, qardaşının vaazını dinləmək üçün məscidə girmisən. Niyə içəri girib oturmadan geri dönmüsən? Həm də gülərək çıxmısan? İnsan qardaşını belə alçaldar? Bir səhvi olmuşdusa, onu evdə düzəldə bilərdin?
   Məhməd yenə təbəssüm edərək belə izah edir:
-Anacan, mənim məscidə girmədən təbəssüm edərək geri dönməyim qardaşımın vaazını bəyənmədiyim üçün deyil. Vəziyyət tam əksinədir. Belə ki, məsciddə girdiyim vaxt camaatın durub getdiyi yerləri mələklərin doldurduğunu gördüm, ayaq basacaq yer tapmadım, buna çox sevindim. Ona görə təbəssüm edərək getməyimin səbəbi budur. Qardaşım üzülməsin, əksinə sevinsin ki, hətta mələklərin də onu dinlədiklərini şahidi oldum.
   Ana buna çox sevinir, vəziyyəti həmin dəqiqə kiçik Əhmədə çatdırır:
-Böyük qardaşının məsciddən çıxmasının səbəbi içəridəki boşluqları mələklərin doldurması imiş. Ayaq qoyacaq yer tapmayan qardaşın buna çox sevinmiş, ona görə də gülümsəyərək çıxıb getmiş!
   Kiçik Əhməd bu xəbərə sevinəcəyinə daha da kədərlənir:
-Demək, mən çox nöqsanlı bir insanmışam ki, vaazımdakı mələkləri mən görə bilmədim, qardaşım isə gördü. Əgər məndə çox qüsur olmasaydı, mən də mələkləri görərdim...?
   Həssas ana o dəqiqə müdaxilə etdi:
-Oğlum, o qüsur sənin deyil, mənimdir. Sonra belə davam etdi:
-Böyük qardaşına heç dəstəmazsız süd vermədim. Ancaq, sən bir dəfə çox ağladın, səni o an götürən qonşu qadın süd verməyə başladı. Qaçıb səni götürdüyüm vaxt bir neçə damla süd udduğunu başa düşdüm. Hərhalda, mələkləri görə bilməməyinin səbəbi budur!