Thursday, March 17, 2011

Fikirləşməyə dəyər...

Bu dəfə də yeni maraqlı bir hekayə qoymağı düşündüm. Yenə eyni yazıçının kitabından :)

(Ahmed Şahin,"İslamı böyle yaşadılar")

Sadəcə sözdə səxavətli olan bir nəfər İbrahim Ədhəm ilə söhbət edirdi. Dedi ki:
-Həzrət, mənə nəsihət ver.
-Nəsihət etsəm,əməl edəcəksən? İbrahim Ədhəm dedi.
-Bəli.Sən sadəcə nəsihət ver, xəsis dedi.
-Elə isə bu nəsihətə qulaq as:
-Bağlı olanı aç,açıq olanı bağla!İbrahim Ədhəm dedi.
Xəsis adam fikirləşməyə başladı. Heç cür bunu özü üçün açıqlaya bilmədi. Yenə soruşdu:
-Mən bunun izahını başa düşmədim. Bağlı olan nədir? Açıq olan nədir?
İbrahim Ədhəm cavab verdi:
-Bağlı olan kisənin ağzıdır. Onu açacaqsan. Açıq olan isə dilindir. Onu da bağlayacaqsan!

                                                 * * * * * * *

İbrahimin könlü Ərəfat meydanı kimi idi. Onda Haqq dostlarının hamısına da yer var idi.Yetər ki, Haqqa xidmət, İslama sədaqət əsas olsun. Hansı peşəyə mənsub olursa olsun Haqq dostlarını sevərdi.
   Bir gecə yuxusunda Cəbrayıl Aləyhissəlamı gördü. Əlində bir dəftərlə dolaşırdı.
-Bu nə dəftərdir, ey mələklərin rəisi? deyə soruşdu.
Cəbrayıl Aləyhissəlam:
-Bu dəftərə Haqq dostlarının adlarını yazıram.
-Mənim adımı da yazacaqsan? dedikdə:
-Yox. Sənin adın Haqq dostlarının arasında yoxdur-Cəbrayıl Aləyhissəlam dedi.
   İbrahim bu sualı soruşdu:
-Mənim adım Haqq dostları arasında yoxdursa, onları sevənlərin arasında da yoxdur?
-Var!
-Elə isə nə durmusan?
Bu dəfə Cəbrayıl Aləyhissəlam fikirləşməyə başladığı vaxt Rəbbimizdən əmir gəldi:
-Ey Cəbrayıl, nəyi fikirləşirsən? Mənim Rəsulum xəbər vermədimi ki, "İnsan sevdiyi ilə bərabərdir"? Əlbəttə, İbrahim də sevdiyi Haqq dostları ilə birlikdə olacaq. Yaz onu Haqq dostlarının yanına.

                                                       * * * * * * *

İbrahim Ədhəmə dedilər:
-Unutmadığın  bir xatirəni bizə danışa bilərsən?
-Əlbəttə! deyərək danışmağa başladı.:
-Bir dəfə səhraya gedirdim. İstidən o ki var yoruldum, oturub istirahət etmək üçün bir yer axtarırdım ki, böyük bir daş diqqətimi çəkdi. Yaxınlaşdım, üstünə oturmaq istəyəndə gözüm bir yazıya sataşdı. Orda yazılmışdı ki:
-Əvvəlcə daşı çevir, altına bax, sonra otur!
Maraqla çevirib altına baxdım. Belə yazılmışdı:
-Bildiyinlə əməl etmirsənsə, niyə başqa bilmədiklərini öyrənmək istəyirsən?