Friday, January 6, 2012

Zəhmət və bəhrə

Bir yerdə oxuyan tələbələrin hər birinə müəllimləri uzun bir taxta verir və:

-Bu taxtaları götürün və mənimlə bir yerdə gəlin, -deyir.
Tələbələrdən heç biri etiraz etmir. Ancaq onlardan biri:
-Bu taxta çox ağırdır, əgər icazə versəniz, bir az kəsmək istəyirəm, -deyir.
Müəllim razılaşır. Və tələbə taxtasından bir az kəsir. Sonra yollarına davam edirlər. Ancaq çox getməmiş tələbə yenə eyni xahişlə müəlliminə müraciət edir və:
-Bu taxta çox ağırdır, əgər icazə versəniz, bir az da kəsmək istəyirəm, - deyir.
Müəllim bu dəfə də etiraz etmir və tələbə taxtasından bir az da kəsir. Bir qədər getdikdən sonra yollarına bir dərə çıxır və müəllim tələbələrinə:
-İndi hər biriniz əlindəki taxtadan istifadə etsin və dərənin o tayına keçsin, -deyir.
Və taxtasını kəsən tələbədən başqa hamı dərənin o tayına keçir. Bir sözlə, əgər "zəhmət" yoxdursa, "bəhrəsi" də yoxdur...
Ailəm,2012