Saturday, December 31, 2011

İslamı nə dərəcədə bilirik?

Dekabr ayının sonu gəlməmiş artıq küçələrdə "partlayış" baş verir. Xəstə, yaşlı bilmədən az qala evin içinə də "partlama" atırlar. Özü də bunu edən uşaqlar yox, "böyük uşaqlar"dır. Hələ bir söz deyəndə "bəs şənlənməyək?" deyib səni haqsız da çıxarırlar. Soruşsanız : "Bağışlayın, hansı dinə mənsubsunuz?" Deyəcək : "Bu nə axmaq sualdır, əlbəttə, islamç müsəlmanam mən?!". Nə namazı var, nə orucu, nə də zəkatı və başqa öhdəlikləri. Bəs, bir mühəndis mühəndisəm deyəndə, deməli, bu sahənin bütün incəliklərini bilir də. Elə deyilmi? Hələ belə bir incə məsələdə-dində-daha çox diqqətli olmaq lazımdır. Mən diqqət çəkmək üçün və ya dünyaya gəlib heç vaxt ölməyəcək kimi yaşamağı düşünən, ya da öldükdən sonra heç kimə əməlləri barədə cavab verməyəcəyini düşünən "ağıllılar" haqqında danışmıram. Nə isə, çox üzr istəyirəm, siz nəyi qeyd edirsiniz? Yeni ili? yoxsa Həmrəylik bayramını? Yeni il deyirsinizsə, müsəlmanların yeni ili başlayır Məhərrəm ayının 1-i. Bəs dünən özünüzə qamçı vurub çığırıb üz gözünüzü dağıdırdınız ki?! Bəs hələ Məhərrəm ayı çıxmayıb axı?! Yaxşı, deyirlər, bəs yeni ildir, bütün günü qaraqabaq, üz-gözümüzü turşudub oturaq? Deyirəm : Niyə qarabaq? Normal gününüzü keçirin, bu qədər can-fəşanlıq niyə? Şənlənmək üçün bəhanə axtarırsınızsa, Bunu niyə yalnız "bu gün" edirsiniz? Elə başqa vaxt yığışın nəyisə qeyd edin, birini sevindirin. Bu daha yaxşıdır ki?! Aah, Həmrəylik? Hansı həmrəylik? Məgər biz həmrəyik? Bakı müsəlman şəhəri adlandırıldı Prezidentimiz tərəfindən. Onun əmrlərinə niyə məhəl qoyulmur? Bir başqa şəhərdə hicablı qızları məktəbin qapısı arxasında qoyurlar. Ya da müəllimələri işdən çıxarmaqla hədələyirlər. Həmrəylik budur? Kitablara qadağa qoyurlar. Ağzını açma! Ancaq, mağazaya bir "santa klaus" gəlir və pulsuz-parasız hədiyyə verir. Bəs nə yaxşı belə bir xeyriyyə? Hədiyyəni açırsız və "kukruz" yanında isə xristianlığı anladan kitab və ya broşura. Bu müsəlmanların arxasınca qaçıb qovmaqdansa, elə bunlara bir çarə qılın da. Həzrət-i İsa(as) bunu demirdi. O(as) Həzrət-i Muhamməd (sas)in bizə çatdırdığı Allahın mesajını eynilə insanlara çatdırırdı. Xrist yəni christ xaç deməkdir. Hz. İsa(as) ilə xaçın nə əlaqəsi? Gərək çox oxuyub, çox öyrənək! Hz.İsa(as) heç bir zaman xaça çəkilməyib, əksinə sağ-salamat Allahın dərgahına yüksəldilib. Quran-i Kərimdə Və:  Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük” (qatəlna), - demələridir. Halbuki onlar İsanı nə öldürdülər (ma qatəluhu), nə də çarmıxa çəkdilər (ma saləbuhu). Onlarda yalnız belə bir təsəvvür yarandı (şubbihə). Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər (ma qatəluhu). Xeyr (Bəl), Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nisa Surəsi, 157- 158), buyurulur.Üstəlik, Hz.İsanın (as) yay fəslində dünyaya göz açdığı ehtimal olunur. Qış ayı ilə heç bir əlaqəsi yoxdur. (Bu barədə sonrakı mövzularda məlumat veriləcək, inşaAllah.) Əgər isəvi demək istəyirlərsə, onda onlar 3lüyə (ata, oğul, müqəddəs ruh) yox, sadəcə bir olan Allaha itaət və səcdə etməlidirlər, ikona və ya büt qarşısında deyil, üstəlik bu büt Hz.İsaya(as) xəyanət edən və xaça çəkilən Yəhuda olduğu halda, daha dəhşətli bir mənzərə alınır. Nə isə mövzumuz bu deyil.     Xalqımızın, bütünlükdə insanların əxlaqı ilə oynamaq çox böyük günahdır, bir də bunu öz xalqımızın nümayəndələri edirsə, daha məyusedici bir haldır. Televiziya kanallarımızdan söhbət açmağa isə ehtiyac yoxdur, elə özünüz də hər şeyi bilirsiniz. Televizoru aça da bilmirik. Xəbərlərə baxmaq istəyirsən, bir əlin gözündə bir əlin "pultda" qalır. Bütün günü oxuyub "tullanmaq" bir yana, hələ bu seriallar lap canımızı boğazımıza gətirib. İbrətli "seriallar" verilsə, yenə dərd yarıdır. Axı bu millətin əxlaqıyla niyə oynayırlar. İslamı qaragüruh göstərən seriallar və ya digər pozucu xarakterli verilişlər. Sonra kriminalların ardı-arası kəsilmir. Yaxşı, ağıllı başlı insan bunlardan təsirlənməz deyirlər, axı, hər kəs eyni deyil-kimi iradəsi zəif, kimi psixoloji cəhətdən zəif-,beş barmağın beşi də eyni ola bilməz. Gənclər bir yana, son zamanlar yaşlılar yollarını azırlar.
   Bir də Novruz bayramı. Bu bayram bizim qanımıza elə işləyib ki, sanki bu bayramı qeyd etməyən günaha batır. Bizim problemimiz budur ki, dinimizi özümüz yox, başqalarından eşidərək həyata keçiririk. O başqaları da həyatları boyunca heç olmazsa, bir dəfə dini kitab oxuduqları da bəlli deyil. Üç səhifə oxuyub özlərini alim hesab edənlər və s. Novruzu islam bayramı kimi qeyd edirlər. Ancaq, Ənəs b. Malikdən — Allah ondan razı olsun-demişdir:
«Rəsulullah — sallallahu aləyhi və səlləm — (hicrətdən sonra Məkkədən) Mədinəyə gəldiklərində, Mədinəlilərin (Novruz günü ilə Mihrecan günü deyə) oynayıb-əyləndikləri iki günləri vardı. Rəsulullah — sallallahu əleyhi və səlləm -:
- Bu günlər nədir? deyə soruşdu.
Mədinəlilər:
- Biz (İslamdan əvvəl), cahiliyyət dövründən bəri bu günlərdə əylənərik, dedilər.
Bunun üzərinə Rəsulullah — sallallahu əleyhi və səlləm — belə buyurdu:
- Şübhəsiz Allah sizə, o iki günün yerinə (dünya və axirətdə) daha xeyirli olan iki bayramı: Qurban bayramı ilə Ramazan bayramını vermişdir.» (Əbu Davud; hədis nömrə: 1134. Nəsai; hədis nömrə: 1556. Albani də; "Silsilətu’l-Əhadisi’s-Sahiha"; hədis nömrə: 2021də hədisin səhih olduğunu ifadə etmişdir.)

"Hər kim, bir qövmə bənzəyərsə (onların geyindiyi kimi geyinsə, getdiyi yolda gedərsə və onların işlədiyi hərəkətləri işlərsə, günah və savab baxımından) o da onlardandır.» (Əbu Davud və Əhməd)
«Müşriklərə zidd hərəkət edin…"(Muslim; 1/222, hədis no: 259)


   Sağ olsunlar, bəzi müsəlman bacı və qardaşlarımız insanları maarifləndirmək üçün videolar da hazırlayırlar və ya tərcümə edirlər (youtube). Ancaq, bir az diqqətli olmaq lazımdır. Qarşıma bir video çıxdı "Namaz qılmayanın sonu belə olur" və burda qız qəzaya düşüb ölür. Şərhlər isə çox pis idi. Axı, ay qardaşım və ya bacım, başlıq düzgün seçilməyib. "Ölüm çox yaxındadır, aqibətimizi düşünək" və ya başqa cür (qorxuducu deyil, daha təsirli bir yol ilə) təqdim etmək olar. İnsanlar qorxu olduğu yerdən daha da qaçarlar, onları sevgiylə, mərhəmətlə dəvət etmək lazımdır. İndi dini öyrənmək üçün daha mükəmməl yollar var. Hər kəs adi həyatda, hətta internetdən belə öyrənə bilər. Yəni, həqiqətdən xəbəri olmayan bir kəs yoxdur(bu haqda daha ətraflı buraya "klik" edin). Allah-ü Təala hər kəsə bir şəkildə yol göstərir. Artıq həmin şəxsin özü yolu seçməlidir-ya doğru yola, ya da digərinə.

Mövzudan yazdıqca uzanır, ancaq insanlar cahil qalmasın, maariflənsin, İslam təkcə din deyil, həm də gözəl əxlaq, elm və aqibətimizin gözəl olması üçün bizi doğru yola aparan bir rəhbərdir. Allah qorusun bizləri, millətimizi, bütünlükdə bütün müsəlmanları! AMİN!