Monday, June 13, 2011

Xəbis ruhların və cinlərin şərindən qorunmaq üçün nə etməli və nələr oxunmalıdır?

A.    Əvvəla, Allaha (c.c) sığınaraq və Rəsulun (s.a.s) uyaraq, İslamın prinsiplərinə riayət olunmalıdır.
   Bu işin birinci və ən doğru yolu Allah(c.c) və Rəsulu (s.a.s) ilə çox yaxşı münasibət qurmaq, İslamın prinsiplərini həyatımızın bir parçası halına gətirmək, qəlbən dərinləşmək və tərtəmiz havamızla öz aləmimizi yaşamaqdır. Bir yandan bunlara əməl edərkən, digər yandan da hər hansı bir boşluq və günah pəncərəsindən sıza biləcək heç bir çirkin ruhu da yaxınımıza buraxmamalıyıq. Ruhda əmələ gələn bir dəlik onların sızmasına fürsət verə bilər.
B.   Feli (hərəkətlə edilən) və qövli (sözlə edilən) dua ilə Cənab-i Haqqa (c.c) yönəlməlidir.
Cinlərin və xəbis ruhların şərlərindən qorunmaqda önəmli olan ikinci bir amil, xüsusilə duanın ibadətimizin bir parçası olması və bir silah olaraq dilimizdən düşməməsidir.
   Dua feli və qövli olmaqla iki qismə ayrılır. Əkinçinin tarlasını şumlaması, əkməsi, sulaması feli bir dua, sonra da əl açıb, “Ya Rəbbi, bərəkət ehsan elə, rəhmətini bol-bol ver”, -deyərək yalvarması qövli duadır.
   Birinci dua olmadan ikincinin edilməsi insana hər hansı bir şey qazandırmayacaqdır. Əksinə olaraq sadəcə feli dua ilə kifayətlənmək də doğru deyildir. Bu, nəinki bərəkəti, hətta ibadəti belə yarımçıq qoyacaq və gördüyü bütün işlər qarşısında rəqəm olmayan sıfırlardan ibarət olacaqdır.
   Deyək ki, möminlərdən biri “Ya Rəbbi, möminləri müzəffər eylə”, -deyərək dua edər. Bu gözəl bir duadır, lakin kifayət deyildir. Çünki quşlar tək qanadla uça bilməz. Əfəndimizin (s.a.s) Bədir Savaşından əvvəl tam hazırlıq görməsi və sonra da bütün mənliyi ilə dua etməsi onu göstərir ki, əvvəlcə feli dua ediləcək, yəni səbəblər dairəsində icrası zəruri olan işlər icra ediləcək, mümkün qədər səbəblərə riayət ediləcək, arxasınca da sözlü dua üçün əllər açılacaqdır.
   Başqa bir misalla fikrimizi daha da aydınlaşdıraq. Vücudumuzda bir nasazlıq və xəstəlik hiss edəndə tez həkimə gedir və müxtəlif dərmanlardan istifadə edirik. Bu da feli bir duadır. Ardınca şəfanı verən Cənab-i Haqqa əl açıb, şəfa diləməyimiz isə sözlü duadır. Bəzən, ola bilsin ki, sadəcə Allaha yaxınlaşmaqla və sözlü dua etməklə xəstəliklərimiz, baş və diş ağrılarımız sağalsın, amma bəzən də Allahın diləyi başqa olur və həkimə müraciət etməyimiz lazım gəlir. Əfəndimiz (s.a.s) “Allah hər dərdin dəvasını yaratmışdır, müalicə olunun” (Buxari və Müslim rəvayət etmişdir) buyurmaqla, bu feli duaya bizi təşviq etmişdir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi şəfanı Allahdan (c.c) bilərək etdiyimiz və bir ibadət vəzifəmiz olan sözlü dua kifayət etmədiyi kimi, feli dua da etməyə bilər və Allah (c.c) şəfanı bəzən iki duaya birdən, bəzən də, sadəcə birinə bağlayır. Hər şey Onun əlindədir. Elə insanlar var ki, sözlü duanın nə olduğunu bilmədikləri halda, sağ-salamat və zövq-səfa içində yaşayırlar; bunun əksinə bəzən dava-dərmanı, dilindən duası əksik olmayan, Allaha (c.c) sidq ürəklə bağlı insanların isə həyatlarını dərd və məşəqqətlərlə yaşadıqlarının şahidi oluruq. Belə mənzərələrlə qarşılanda insan edilən duaların qəbul olunmadığını zənn edir. Lakin duaları qəbul etmək başqa, dualara cavab vermək bambaşqadır. Edilən hər duanı Allah eşidir və heç vaxt cavabsız qoymur. Dualar bəzən o anda, bəzən gecikdirələrək, bəzən də axirətdə verilmək şərti ilə cavablandırılır. Bu, tamamilə Cənab-i Haqqın hikmətinə bağlıdır. Köməyə həkim çağrılanda, o sifarişinizi qəbul edib gələr, lakin “Mənə filan dərmanı ver”, -deyə dərmanları özünüz seçsəniz həkimə müraciətin bir mənası qalmaz. Köməyinizə gələn həkim müayinədən sonra dərman seçməyinizə məhəl qoymadan lazımı dərmanları verər və ya heç dərmana ehtiyac görməz. Həkim odur, xəstə haqqında qərar vermə haqqı da ona aiddir. Bənzətmədə xəta olmasın, Cənab-i Haqq da qulun dualarını hər zaman eşidir, eşitdiyini də qəlbə rahatlıq verərək hiss etdirir. Çünki O, insana şah damarından daha yaxındır. Lakin hikmət sahibi olan Allah qulun hər istədiyini verməz. Çünki bəzən qulun istədiyi ona zərərli olur, bəzən isə Allah quluna daha sonra və gözəl bir mükafat vermək məqsədi ilə duanın cavabını sonraya saxlayır. Xülasə, mülkün  sahibi Odur və mülkündə istədiyi kimi davrana bilər. O, əbəs iş görməz, gördüyü hər bir işin bir deyil minlərlə hikməti var.
   Eyni zamanda onu da bilmək lazımdır ki, dua da namaz kimi bir ibadətdir. Dua səmimi, təmənnasız və nəticəsi vaxtından əvvəl istənmədən edilməlidir. O (c.c) kərəm sahibidir, qulunu heç ummadığı bir anda sevindirə bilər. Tezliklə nəticə əldə edilsin, arzular həyata keçsin deyə edilən dualar ola bilsin ki, qəbul olunmasın. Belə dualar səmimi və təmənnasız olmadığına görə, Allahın qəbul məqamına yüksəlmələri mümkün olmaya bilər.
   Dua nəticəni dərhal əldə etmə niyyəti ilə edilməməli, lakin Haqqın dərgahından da heç vaxt ayrılmamalı, dualara səmimiyyətlə davam edilməlidir. Allaha davamlı yaxın olma cəhdimiz, Ondan hər zaman xeyirli nə isə onu istəməyimiz, günahların payız yarpaqları kimi töküldüyü, fəzilət və insani keyfiyyətlərin artdığı o qapıda sədaqət göstərməyimiz, imtahanda olduğumuzu unutmadan nəticələri axirətədək gözləməyimiz səmimi ibadətin nişanəsidir.
C. Allahın yanında məqbul olduğuna inandığınız kimsələrin duaları istənilməlidir.
   Allah yanında dəyərli, duaları qəbul olunan möhtərəm şəxslərə müraciət edib onlardan dua istəmək çox əhəmiyyətli və yararlıdır. Belə ki, Əfəndimiz (s.a.s) belə müraciətlər tez-tez olunurdu. Əhməd İbn Hənbəl, Əbu Davud və Təbəraninin rəvayətlərində Ümmü Hani (Allah ondan razı olsun) belə nəql edir:
   “Allah Rəsuluna dəli bir uşaq gətirdilər. Əfəndimiz ona toxunaraq, “Çıx, ey Allahın düşməni!” –dedi. Sonra uşağın üzünü yuyub dua etdi və uşaqda heç nə qalmadı. Biz də təqvalı şəxslərə müraciət edib, onlardan dua etmələrini diləməliyik. İnşaAllah Cənab-i Haqq da şəfa ehsan edər.
   Cinlərin təcavüzünə məruz qalan şəxs dərhal cindarlara müraciət etsə, bu onda qorxu oyadıb mənəviyyatını zədələyə bilər. Belə insan isə istismar edilməyə hazır haldadır. Filan kəsdən bir dua, filandan iki dua yazdıra-yazdıra zavallı xəstəni dua daşıyana çeviririk. Bu dualardan biri itəndə də xəstə qorxudan tir-tir titrəməyə başlayır və ümidsizliyə qapılır. Yəni dua şəfaya səbəb olmur, daha çox narahatçılığa səbəb olur. Buna görə də şəxsən dua etmək ən yaxşısıdır. Abdullah İbn Amr (r.a) uşaqlarına dua öyrədər, bilməyənlərin də üzərinə yazıb qoyardı. Buna da çox bel bağlamaq olmaz. Belə ki, SƏHİH hədislərə görə, Əfəndimiz (s.a.s) 70 min insanın sorğusuz-sualsız cənnətə girəcəyini müjdələyərkən, onlardan, bazubənd bağlamayanlar, üzərində gəzdirmək məqsədi ilə yazılan dualara etibar etmədən Allaha təvəkkül edənlər deyə bəhs edir. Buna görə də həm duaya davam, həm də Allaha (c.c) təvəkkül etmək ən doğru davranışdır.(Hətta “dua üzərimdə var” deyib dil ilə duadan uzaqlaşmaq təhlükəsi də var. Ən yaxşısı Allaha şəxsən dua etməkdir.)
D. İmanlı psixiatr və həkimlərə müraciət edilməlidir.
Bu mövzu ilə əlaqəli başqa bir tövsiyəmiz də Allahı inkar etməyən, ruhlara, cinlərə inan mütəxəssis psixiatrlara getməyinizdir. Sinəsində imansız qəlb gəzdirən, ruhu mənəviyyatdan məhrum, vicdan və hissləri arasında müvazinət qura bilməyib ikili həyat sürən həkimlər, xəbis ruhların təcavüzünə məruz qalanlara “qadınlarla münasibət qur, ye-iç, əylən, pis düşüncələrdən uzaqlaşmağa çalış”, -deyirlər. Belə məsləhətlər vermək susamış insana dəniz suyunu göstərməyə bənzəyir. Onsuz da insanı xəstələndirən mənəvi qidasızlıq, mənəvi düşkünlük və günahkar insanlarla oturub-durmaqdır. Əlbəttə, bu cür düşüncə üzərində qurulan tibb sahəsi də, təbib də təkgözlüdür, yarımçıqdır. İtirdiyi o ikinci gözünü tapana qədər də bu korluqdan xilas ola bilməyəcək.
E.  Ayətül-kürsi, Müavvizəteyn (yəni Fələq və Nas surələri) və başqa dualara müraciət etmək lazımdır.
©   Hər şeydən əvvəl vacib olan Allaha (c.c) sığınmaq və Onun himayəsinə girməkdir. Allah-Təala “Qurani-Kərim”də də qullarına elə bu cür əmr edir: “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir” (əl-Füssülət, 41.36). Yəni “Əuzu billəhi minəş-şeytanir racim” de! Bundan başqa “əl-Möminin” surəsinin 97 98-ci ayələrini əzbərləyib oxumağı da tövsiyə edirik.
©   “əl-Bəqərə” surəsinin “gözü” olan “Ayətül-kürsi” Əfəndimiz (s.a.s) tərəfindən şəxsən tövsiyə edilmişdir. Səhabələrdən biri zəkat malına əl uzatmaq istəyən insan surətində bir xəbis ruhu yaxalamışdı. Həmin xəbis ruh canını qurtarmaq üçün “məni buraxsan, mən də sənə özünü bizdən qoruya biləcəyin bir dua öyrədərəm. O Ayətül-kürsidir”, -demişdir. Əfəndimiz (s.a.s) də, “O, yalançıdır, lakin bu dəfə doğru söyləmişdir”, -deyərək onu təsdiqləmişdi.
©   Əfəndimizə (s.a.s) yəhudilər tərəfindən cadu ediləndə Müavvizəteyn, yəni “Fələq” “Nas” surələri oxunaraq cadunun təsiri aradan qaldırılmışdır. Bundan başqa, Peyğəmbərimiz (s.a.s) Aişə anamızın (r.a) dediyinə görə, “səhər-axşam üç dəfə “Fələq” və “Nas” surələrini oxuyar, hər iki ovucunu birləşdirərək içinə üfləyər və hər dəfə də əllərini bədəninin əl çatan yerlərinə sürtərdi”. Yenə Əfəndimiz (s.a.s) səhər-axşam üç dəfə “Bismillahilləzi lə yədurru məasmihi şəyun filardi vəla fəssəmai və huvəs-Səmiul Alim” deyərdi. Bu da Allahın izniylə iflic xəstəliyinə məruz qalmamağın təminatıdır. Yenə “Əuzu bi-kəlimati ilahit-tammati  min külli şeytanin və hammətin və min külli aynin və lammətin” duasını da tövsiyə və təcrübə edilən dualar arasına daxil etmişdir.
©   İmam Qəzali Həzrətlərinin bu məslə ilə bağlı tövsiyəsi 1 dəfə “Bismillahir Rahmənir-Rahim”, 10 dəfə “Allahu Əkbər”, 19 dəfə “La yuflihus sahiru haysu əta” (Taha, 20/69) və “Min şərrin nəffəsəti fil uqad” (ən-Nas, 114/4) oxumaqdır.
©   Bir başqa tövsiyə isə hər dəfə əvvəlcə bir qurtum su, çay, ya da şorba içib ardınca yuxarıda zikr edilən bu iki ayə oxunmalı və bu 19 dəfə təkrarlanmalıdır.
©   Bu mövzu ilə bağlı bir çox dualar vardır ki, onları hədis kitablarına baxmaqla və ya bu haqda məlumatı olan şəxslərdən soruşmaqla öyrənmək olar. Bundan başqa “Cövşən” “Qəsideyi-Bürdə” ni də tövsiyə etmək olar.
* Osman Bilgen - Müxtəsər Elmihal, İslamın beş təməl şərtinin qısa izahı
    

Thursday, June 2, 2011

Toxunuş


Həşr meydanındakı insanlar əbəd ölkəsinə uçmaq üçün səbirsizliklə gözləyirdilər. Peyğəmbərlər, şəhidlər və böyük övliyalar üçün hər hansı bir çətinlik yox idi. Ancaq, digərləri “əlli min il çəkər” deyilən bu yolu dünyadakı həyatlarının qarşılığı olan bir vasitə ilə keçməliydilər. Hər insan savab və günahlarını ortaya töküb incə hesablar edərkən, sərmayələri çatmayan bəzi gənclər bir araya gəldilər və onlara nəzarət edən mələyə müraciət edərək:
-Biz dünyada ikən məşhur bir yarışmaya qatılmışdıq və əllərimizi günlərlə çəkən bir səbirlə lüks maşınların üzərindən çəkməyərək onları qazanmışdıq!, dedilər. Bu mübarizəmizə qarşılıq o maşınların verilməsini istəyirik və bu çətin yolu onlarla keçməyi planlayırıq.
   Mələk yarışmanın detallarını öyrəndikdən sonra:
-Səhv şeyə toxunmusunuz!, dedi. Sizin maşınınız o yolda gedə bilməz!
   Gənclər biraz irəlidəki insanları göstərərək:
-Burdakı insanların da bir şeylərə toxunduqları deyilir, deyə etiraz etdilər. Amma indi Cənnətə uçurlar.
-Bəli!...dedi, mələk. Onlar da toxundular. Həm də gündə sadəcə bir saatlıq.
-Bir saat mı?, deyə atıldı gənclər. Halbuki biz günlərlə əlimizi çəkmədik. Yatmadıq, ac qaldıq, az qaldı ölürdük. Bəs onlar nələrə toxundular?

-Səccadəyə!, dedi, mələk. Kiçik bir səccadəyə. İndi isə onlarla uçurlar.



* Cüneyd Suavi - Hayatın İçinden 2, "Sevgi hikayeleri"


Bənövşəyi eynək


Balaca qız özünü tanıdığı gündən bəri anasından böyük bir şəfqət görmüş və ondan eşitdiyi sözlərlə, pambıq şəhzadəsindən daha gözəl olduğuna inanmışdı. Ona görə nur üzlü və badam gözlü idi. Biricik balasıydı hər zaman. Amma ibtidai sinfə başladığı vaxt işlər dəyişdi. Dostları onun heç də gözəl olmadığını, hətta eybəcər belə sayıldığını deyirdilər.
   Balaca qız ilk əvvəllər onlara inanmadı. Çünki hər kəs bir-birini qısqanırdı. Amma bir neçə il içində həqiqətlərlə üzləşdi. Anasının bir uşağa bənzətdiyi üzü, solmuş bir çiçəyin cildinə sahib olduğu üçün yaşlı bir insan üzünü xatırladırdı. “Badam” dediyi gözləri isə çəp idi. Boyunun da bir sərv ağacıyla heç bir əlaqəsi yox idi. Demək ki, anası onu aldatmışdı və illərlə çəkinmədən yalan demişdi.
   Gənc qızın ana sevgisi qısa bir müddət ərzində nifrətə döndü. Evlənmə çağına gəlməsinə baxmayaraq üzünə baxan yox idi. Üstəlik də gözləri bütün müalicələrə baxmayaraq düzəlmirdi.
   Gənc qız həkimlərin gizlicə edilən söhbətlərdən kor olacağını başa düşəndə dəliyə döndü və onu hələ də uşaqlığında olduğu kimi sevən anasının yalanlarına dözə bilməyib evi tərk etməyə qərar verdi. Ancaq, anası uzaq bir yerdə iş tapdığını deyərək ondan əvvəl tərpəndi. Və qazandığı pulları bir qohumuna göndərib qızına baxmasını xahiş etdi.
   Gənc qızın gözləri bir müddət sonra görmədi. Artıq qaranlıq dünyasıyla baş-başaydı. Bu müddət ərzində isə anasından ötrü heç narahatlıq keçirmirdi. Yalançı idi anası, ölsəydi də bir şey əksilməzdi.
   Bir gün həkimlər uyğun bir cüt göz tapdıqlarını deyərək qızı əməliyyat etdilər. Ancaq, o gözünü açanda yenə eyni üzü görməkdən qorxurdu. Amma gün işığını üçün darıxmışdı. Ən azından heç kimə yük olmazdı.
   Gənc qız əməliyatdan sonra güzgüyə baxanda sevincdən qışqırdı. Qarşısında bir dünya gözəli var idi. Həqiqətən də əla bir qız idi gördüyü. Üzündəki sızaqlar tamamilə yox olmuşdu. Çox əyri olan burnu düzəlmiş və yabanı otlarını xatırladan düz saçları dalğa-dalğa olmuşdu. Boyu da hər zamankından uzun idi.
   Gənc qız yanındakı yaşlı həkimi sevinclə qucaqlayaraq:
-Sanki yenidən dünyaya gəldim!, deyə bağırdı. Üzümdə heç bir çirkinlik qalmayıb. Plastik əməliyatı siz mi etdiniz?
   Yaşlı həkim:
-Yox, qızım!, deyə gülümsədi. Ananın gözlərini qoyduq sadəcə. “Mənə lazım deyil” deyə bağışlamışdı.


* Cüneyd Suavi - Hayatın İçinden 2, "Sevgi hikayeleri"

  

Wednesday, June 1, 2011

Give and Get!

Some of my friends feel very bored recently. As they talk, I feel they just don't know what to do. And I decided to put it on public decision what others will advice for them to catch important points and have hobbies. Hobbies can be anything but in the frame of value and useful things.
   And at the end, want to say that even simple smile can make others happy...

                              LET'S START...
  

Friday, May 20, 2011

Hicab yoxsa dəvə küvəni?!

(Küvən və ya donqar- dəvənin belində olan bir və bəzilərində iki hündür piy yığını)
Dünən yol gedərkən yolun digər tərəfində "hicablı" bir xanım gördüm. Uzun geyinmişdi, ancaq hicabı tamamilə islamın şərtlərinə uyğun deyildi. Heç kim deyə bilməz ki, kim Allah qatında daha məqbuldur, ancaq islamda da örtünmənin şərtləri var. Gördüyüm hicab forması Demək olar ki, aşağıdakı şəkil kimi eyni idi. Hələ sırğaların çölə çıxardılması...bu isə başqa mövzudur.

Örtünmə, insanı zinaya götürən yolların qarşısını alan ən vacib vasitələrdən birisidir. Örtünmə fitridir, yəni yaradılışın gərəyidir.
Hamıya məlumdur ki, insan sevmədiyi insanların baxışlarından sıxılır və heç kim bu vəziyyətdə rahat dura bilməz. Ancaq, bəzi hallarda açıqlardan daha cazibəli görünənləri də görürük. Hicab təkcə saçı örtmək demək deyil.

Peyğəmbər Əfəndimizin "Ümmətimin son dönəmlərində geyimli, ancaq çılpaq qadınlar olacaqdır. Bunların başlarının üstü dəvə küvəni kimi olacaqdır. Ancaq onlar cənnətə girə bilməz, cənnətin qoxusunu belə ala bilməzlər." (Əbu Davud Libas 125, Cənnət 52)

Bu şəkildə də yuxarıdan top kimi qoyulmuş saçdırmı yoxsa başqa bir şeydirmi bilmirəm. Başqa bir şey dedim, çünki saytlardan birində bir video görüntüsü var idi. Orda stilist nümunə göstərirdi və hicabı bağlamamışdan əvvəl saça əlavə iki böyük saç broşu vurdu və üzərindən bone geyindi. Və ikinci baş kimi görüntü əmələ gəldi. Və bilirsiniz? Başqa bir saytda şərhlərdən birində "mənim qardaşım bu cür hicablıları görəndə "onlar daha gözəl görünür" deyir, demək kişilərin də diqqətini cəlb edir" deyə yazırdı.
 Səhih-i Buxari’dən sonra ən mötəbər ikinci hədis külliyatı olan Səhih-i Müslim’in Cənnət 53 bölümündə belə bir hədis rəvayət edilməkdədir:
“Atəş (cəhənnəm) əhlindən iki sinif vardır, hələ onları görmədim. (Birinci sinif) Yanlarında sığın quyruğu kimi bir şeylər daşıyıb onlarla insanlara vuran kimsələr... (İkincisi) Geyinmiş çılpaq qadınlar ki, bunlar Allah’a itaətdən çölə çıxmış olanlardır. Bunlar (həm özləri başdan çıxmışdır), həm də başqalarını başdan çıxardırlar. Başları dəvə küvəni kimidir. Bu cür qadınlar, Cənnət’ə girmək bir tərəfə dursun, onun qoxusunu belə ala bilməzlər. Halbuki Cənnət’in qoxusu bu bu qədər uzaq məsafədən hiss edilir.”

Sevimli bacılarım, bizə məsləhət vermək düşməz, ancaq bir bacı kimi Allahın əmrini və hədislərini xatırlatdım. Allahın əmri mi, yoxsa gözəllik və dəb mi? Hərçənd ki, bu gözəllik fərdi anlayış olur. Sadəlik və təmizliklə də gözəl olmaq olar. Siz nə düşünürsünüz?

Wednesday, May 18, 2011

Bu dünya Kirli dünya!

   
   Bu gün 18 May Azərbaycan Respublikasının canından qoparılmış torpağı Laçının işğalından 19 il ötür. 63 min 341 azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salınaraq Respublikanın müxtəlif rayonlarında məcburi köçkün həyatı yaşayır. 19 ildir ki, qəlblərinə daş bağlayaraq səbr edən laçınlılar və o cümlədən biz inanırıq ki, bir gün... Bir gün o qayıdacaq. Sadəcə, ümidimizi itirməyək. "Əşi o gedən getdi, bir daha qayıtması çətin məsələdir" deyənlər, inamınızı itirməyin. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib. Onların ahı cavabsız qalmayacaq, inşaAllah.
   Bu gün televiziya kanallarından birində "Atları yəhərləyin" filmini nümayiş etdirdilər. Bu filmə dəfələrlə baxsam da, bu günkü qədər diqqətimi çəkməmişdi. Hələ ordakı "Anama deyin" və "Bu dünya sirli dünya" sözləri ilə başlayan səsləri insanı "doldurur", göz yaşını insanın ürəyinə "saplayır".


Gün keçər, taya dönər
Su axar çaya dönər
Kişnəsə namərd atı
Mərd toy, yuvaya dönər



Deyirəm, gözəl dünyam
Gözəl mi, gözəl dünyam
Bir halal, qazanc paya
Uzanır gedər dünya

Bu dağın daşı duzlu
Anamın, aşı duzlu
Öldülər, içənləri
Gözümün yaşı duzlu



 Doğrudan da, dünya kirli dünya! Koroğlu da mərdliyin sonunu tüfəngin ortaya çıxması ilə sona yetdiyini deməmişdimi? İndi arxadan vurma dövrüdür...
   Azərbaycan çox zəngin ölkədir, xüsusilə də, Qarabağ ərazisi ən zəngin sahəsidir. Təbii ki, canavarın gözü yağlı ətdə olar. Ancaq, onlar bilmirlər ki, bizi qoruyan Allahımız və Onun göndərdiyi qəhrəmanlarımız var. Hələ ki, müsəlman dünyasını əzirlər. Ancaq, qələbə müsəlmanların olacaq, inşaAllah.
   Gecə nə qədər uzun olsa da, onun da bir işıqlı sabahı var!
   Bu bütün azərbaycanlıların imtahanıdır və bu imtahandan üzü ağ, alnı açıq çıxmaq diləyi ilə...
 

Vaxtı olmayan adam


   Səhər vaxtı idi. Dan yeri yenicə ağarmışdı, insanlar sağa-sola qaçışırdılar. Biri işə, biri məktəbə, digəri dostunun və ya yaxınını ziyarətə gedir; hər kəs öz vəzifəsini yerinə yetirməyə çalışırdı. Bir nizam, bir ahəng yaranırdı, heç kim öhdəliyindən geri qalmırdı. Həkim həkimliyini, əsgər əsgərliyini, ticarətçi ticarətini edir, həyatlarını beləcə davam etdirirdilər.

   O gün sanki göylər deşilmişdi. Yağış yağır, şimşək çaxırdı. Elə bil “yuxudan oyanın” deyilirdi bir bahar səhəri... Göy gurultusuyla fəsil oynayır, bahar sanki bu mesajı alıb torpağın altından əl eləyirdi. Yeni günə, həyata “Salam” deyirdi...

   O, ya pəncərəsinə dəyən yağış damcılarının, ya da göy gurultusunun səsinə oyanmışdı. Pəncərədən bayıra baxdı və yenidən yorğanı üzərinə çəkdi. Yerindən qalxmaq istəmirdi. Yatmağa çalışdı, sağa-sola çevrildi, ancaq yata bilmədi. Çox acmışdı, evdə isə yeməyə heç nə yox idi.

   Bir müddət evin içində gəzişdi. Mətbəxə dəfələrlə baxdı. Orada dolablar boş, o isə ac və möhtac idi.

   Onun qəribə düşüncələri var idi... Ətrafındakı insanıarıa işi olmazdı. Sanki kar idi; insanıar onu axmaq hesab edib gülər, o isə insanların ona heyran olduunu zənn edib onlarla birlikdə gülərdi.

   Ağıllı, sərbəst və savadlı idi. Bəlkə də bir kral idi... Tayı-bərabəri olmayan, kəşf olunmayan bir kral...O, hər cümləsinin sonunda insanların “Kralımız necə də gözəl düşünür.” Deməyini gözləyirdi. Təəssüf ki, bu mümkün deyildi.

   Xəyallaında özünü o qədər dəyərli hesab edirdi ki, sanki o gəlməmişdən əvvəl dünya çarəsizliklər içindəydi, getdikdən sonra da aqibəti heç də yaxşı olmayacaq.

   Ən hikmətli, ən təsirli, ən faydalı söz onun sözü idi. Bir sözü ilə bütün problemləri həll edərdi.

   Paltarını geyinib evdən çıxdı. Hava soyuq olduğu üçün plaşına büründü. Şəhərin böyük marketlərindən birinə yollandı. Yol uzun, hava yağmurlu idi. Yamanca islandı. Lakin nə edə bilərdi, ehtiyacı vardı, getməliydi.

   Nəhayət, marketin qapısından içəri girdi... İçəri tərtəmiz və isti idi. Dincəldi. Küncdəki arabalardan birini götürdü. Qarşısına nə çıxsa alacaq, heç bir ləzzətdən imtina etməyəcəkdi.

   Əvvəlcə ərzaq bölməsinə gəldi. Zəhərli bir böcəyin əlilə göndərilən, onun incə qələmlə qazılmış mədəsində bişən və ən gözəl ləzzətlərdən biri olan baldan bir neçə banka aldı.

   Şüşələrlə südü arabaya doldurdu. Ətlərin dadını xəyalında canlandırdı. Damağı bu ətlərin dadını mütləq hiss etməli idi. Kilolarla ət yüklədi.

   İnsanların üzünə gülən meyvələrin yanından keçib gedə bilmədi. Onların gözəlliyinə laqeyd qala bilməzdi. Heyva, nar, portağal...Gördüyünü aldı.

   Ərzaq bölməsini gəzdikdən sonra iki arabanın dolduğunu fərq etdi.
   
   İkinci mərtəbədə geyim əşyaları vardı. Ən gözəl ayaqqabılardan, köynəklərdən, jaketlərdən. Qısaqol maykalardan aldı. Hələ dəri paltarları buraxa bilməzdi. Bu qoyunlar da qəribə heyvanlardır. Bellərində jaket toxunur, mədələrində süd bişir, növbəti il də özləri kimi bir süd fabriki verirlər. “Aman” dedi, mənə nə, Kim verirsə, kimin əlilə verirsə versin...O sadəcə almaq istəyirdi.

   Nə elektrik əşyalarını, nə də dadlı şokoladları unutdu.

   Arabaları bir-bir çıxışa doğru itələdi.

   Marketdəkilər həyəcanla arabaları itələyən, qarşısına çıxan hər şeyi arabalara dolduran bu adama diqqətlə baxırdılar. O isə öz xəyal dünyasında idi. Heç kimi vecinə almırdı.

   Arabalarla birlikdə çıxışa doğru irəliləyirdi ki, məmurlardan biri:
-İcazə verin, sizə kömək edim, -dedi.

   Aha, deyəsən biri ağıllı çıxıb onun dəyərini anlamışdı. Heç bir söz demədi.

   Məmur əşyalarla dolu arabaları kassirin yanına daşımağa kömək etdi. Dəzgahın üzərinə yığmaq istəyirdi ki, o qışqırdı:

-Nə edirsiniz?

   O qədər yüksəkdən qışqırdı ki, hamı ona baxdı. Kassir nəzakətlə dedi:

-Pulu ödəyəsiniz deyə malların qiymətini hesablayacağıq.

   Adam çox ağıllı, eyni zamanda haqlı idi. Bunlar özlərini nə hesab edirlər? O məşğul idi. Belə xırda şeylərə vaxtı yox idi. İndi elə bir söz deyəcəkdi ki, heç kim ağzını açmağa cürət etməsin. Dərslərini verəcəkdi.

   -Vaxtım yoxdur!

   Bu söz inanılmaz idi. Qarşısına çıxan hər şeyi almışdı, amma pulu ödəməmək üçün “Vaxtım yoxdur!” deyə bəhanə gətirirdi.

   Kassirlər gülür, ətrafdakılar gülür, məmurlar gülür, o da gülürdü.

   Onun gülməyi uzun çəkmədi.

   “Vaxtım yoxdur!” bəhanəsi burada keçmirdi.

                                      *  *  *

   Allahın (c.c) mülkündə Onun verdikləri ilə yaşayan insanın Rəbbini tanımağa, dininə xidmət etməyə vaxtının olmadığını deməsi əbəsdir.

   İnsan hər şeylə onun dəyəri qədər məşğul olmalıdır. Vaxtı və minnəti olmayan özünə başqa bir mülk və xoşbəxt olacağı bir diyar tapmalıdır.

   İnsanın istifadə etdiyi bütün nemətlərdən hesaba çəkiləcəyi qətidir.

* ("Muştu" yayınları, "A şıkkı" adlı kitabın tərcüməsi "xəzər nəşriyyat"-"Vaxtı olmayan adam")