Thursday, February 17, 2011

İSLAM haqqında qısa giriş

İSLAM haqqında qısa giriş

 

İslam kainatın və bütün peyğəmbərlərin Rəbbi olan Allahın iradəsinə boyun əyərək sülh əldə etməkdir.
İslam yeni bir din deyil,
İslamın əsası Həzrəti Məhəmməd (sas) tərəfindən qoyulmamışdır ,
Ancaq
Islam Həzrəti Adəmin (as) dövründən mövcuddur ,
Həzrəti Məhəmməd (sas) bütün kainatın və Peyğəmbərlərin Rəbbi olan Allah tərəfindən göndərilmiş sonuncu peyğəmbərdir.
Həzrəti Məhəmməd (sas) Həzrəti İsanın (as).davamçısıdır.
Həzrəti Məhəmməd (sas) Həzrəti İbrahimin (as) oğlu Həzrəti İsmayılın (as) nəslindəndir.
Həmçinin, oxuma və yazması yox idi.
Allah-ü Təala (c.c) yüz mindən çox peyğəmbər göndərmişdir.
Həzrəti Məhəmməddən (SAS) öncəki bütün peyğəmbərlər yalnız bir qövmə göndərilmişdilər.
Ancaq
Həzrəti Məhəmməd (sas) bütün aləmlərə Quran-i Kərim müqəddəs kitabı ilə qiyamətə qədər göndərilmişdir.
Quran aləmlərin Rəbbi olan Allahın sonuncu və axırıncı vəsiyyətidir.
Quran bütün aləmlərə və qiyamətə qədər göndərilmişdir. 
İslamda Allah (c.c) haqqında
İslam yalnız Aləmlərin və bütün peyğəmbərlərin Rəbbi bir tək Allaha inanır.
İslam Allahdan başqa ilah olmadığını deyir,
İslam Allahın şəriki olmadığını deyir. O (c.c) nə doğub, nə də doğulmuşdur.
O Yaradandır, yaradılan deyildir.
Yaradılan Yaradan ola bilməz ,
Doğub və doğulmaq yaradılanlara məxsusdur,
İslam Allahın əzəli və əbədi olduğunu deyir
İslam Allahın Bir və bənzəri olmadığını deyir
İslam üçlüyün (ata, oğul və müqəddəs ruh ) yalan olduğunu deyir.
İslamda Həzrəti İsa (as) haqqında.
İslam Həzrəti İsa (as) ın Aləmlərin Rəbbi olan Allah tərəfindən göndərilmiş peyğəmbər/ elçi/ məsih/ rəhmət/ bəndə olduğunu deyir
İslam da ,həmçinin, Həzrəti İsa(as) ya inanır, vəsf edib doğrulayır.
İslam Həzrəti İsa(as) ın yalnız İsrailoğullarına göndərilmiş peyğəmbər olduğunu deyir
İslam Həzrəti İsa(as) ın əvvəlki qanunları bəzi dəyişikliklərlə yerinə yetirmək üçün göndərildiyini deyir
İslam Həzrəti İsa (as) ın nə Allah, nə də Allahın oğlu olduğunu deyir
İslam üçlüyün yalan olduğunu deyir
İslam Həzrəti İsa(as) ın Rəbbinin mərhəmət və ədalət sahibi olduğunu deyir
İslam Allahın bəndəsini səmimiyyətlə peşman olaraq doğru yola inanıb əməl edərsə asanlıqla onun bütün günahlarını bağışlaya biləcəyini deyir
İslam hər insanın başqasının deyil, öz əməllərinə görə məsuliyyət daşıdığını deyir
İslam Həzrəti Adəm (as) və Həzrəti Həvva (as) ın peşman olduqlarını və Allahın onları bağışladığını deyir
İslam Allah (c.c) ın Həzrəti Adəm və Həzrəti Həvva (As) , eləcədə başqa günahkarların günahını bağışlamaq üçün günahsız Həzrəti İsa(as) nı öldürməyə heç vaxt ehtiyacı olmadığını deyir.
Həzrəti İsa(as) kimi günahsız bir insanı başqa insanların cinayət və günahlarına görə cəzalandırmaq və ya öldürmək ədalətsizlik və məntiqsizlik olardı.
İslam , həmçinin, irsi günah ( Həzrəti Adəm və Həzrəti Həvvadan (as) irsi keçən, bir sözlə doğuluşdan günah işləməyə meyl) konsepsiyasını inkar edir
İslam Həzrəti İsa(as) ın Allah tərəfindən qatına əmin və sağ olaraq yüksəldildiyini deyir
İslam Həzrəti İsa(as) ın heç vaxt ölmədiyini və heç vaxt çarmıxa çəkilmədiyini deyir
Ancaq bütün insanlar kimi bir gün öləcək
Belə ki, Həzrəti İsa (AS) geri dönəcək və sonra vəfat edəcək.
Quranda İncil haqqında.
Quran, həmçinin, Allah (c.c) ın əvvəlki müəyyən qövmlərə göndərdiyi peyğəmbərlərə və onlara vəhy etdiyi kitablara da inanır.
Əsas olanlar:
1)      TÖVRAT = Allahın Həzrəti Musa(as) a göndərdiyi müqəddəs sözü
2)      ZƏBUR = Allahın Həzrəti Davuda göndərdiyi müqəddəs sözü
3)      İNCİL = Allahın Həzrəti İsa(as) a göndərdiyi müqəddəs sözü

Ancaq, Allahın göndərdiyi bütün əvvəlki kitabların qorunması bir imtahan olaraq öz qövmlərinə verilmişdir.
Ancaq
O kitabların göndərildiyi qövmlər bu imtahandan çıxa bilmədilər və Allahın o qövmlərin peyğəmbərlərinə birbaşa göndərdiyi müqəddəs, təmiz sözünü təhrif edib dəyişərək üzərində öz istəklərinə uyğun düzəlişlər etmişdilər.
Beləliklə,
İncil, Allahın birbaşa peyğəmbərinə göndərdiyi müqəddəs sözünün sonradan təhrif olunmuş, dəyişdirilmiş və səhv düzəlişlər edilmiş formasıdır.
Ancaq
Allah tərəfindən bütün aləmlərə göndərilmiş sonuncu və axırıncı Müqəddəs Kitab - Quran-i Kərim qiyamətə qədər Allah tərəfindən qorunacaq yeganə kitabdır. 
Ona görə
Quranda, Allah (c.c) Özü Quranı qoruyacağına söz vermişdir.
Beləliklə, bütün dünyaya hayqırırıq ki,
Quran Allahın 100% müqəddəs Sözüdür, Olub və həmişə olacaq.
Həmçinin, meydan oxuyuruq ki,
Heç kim Quranda bir tək təzad və ya elmi səhv aşkarlaya bilməz!
Həmçinin, meydan oxuyuruq ki,
Quran 100%  təmiz ilahi , gerçək, məntiqi, elmi və mənəvi kitabdır.