Saturday, February 26, 2011

HİKMƏT və HƏQİQƏT!..


Bir fincanın hekayəsi...

Yaşlı qadın, bir əntiq əşyalar mağazasından aldığı yüz illik fincanı diqqətlə salon vitrininə yerləşdirdi. Fincanın biçimi, üzərindəki işləmələr, rənglər onun bir sənət əsəri olduğunu deyirdi. Ödədiyi məbləği xatırladı; xeyir, heç də baha almamışdı.

Heyranlıqla fincanı seyretməyə davam etdi. Birdən fincan dilə gəldi və qadına belə dedi;

"Mənə heyranlıqla baxdığını görürəm. Ancaq, bilməlisən ki, mən həmişə belə deyildim. Keçirdiyim sıxıntılar məni bu hala gətirdi.

Qadın indi təəccüb içərisində idi. Qarşısındakı qəhvə fincanı danışırdı!

Yaşlı qadın kəkələyərək: "Necə?Başa düşmədim?" deyə bildi sadəcə.

"Demək istəyirəm ki, mən bir zamanlar palçıqdan ibarət idim və bir sənətkar gəldi. Məni əlinə aldı, əzdi, döydü, yoğurdu. Çəkdiyim sıxıntılara dözə bilməyib:

"Bəsdir! Yalvarıram, dur artıq!" deyə bağırmağa məcbur oldum.
Ancaq, usta sadəcə gülümsədi və; "Daha vaxtı deyil!" deyə cavab verdi.
"Sonra məni götürüb bir taxtanın üzərinə qoydu. Burada fırlandım, fırlandım, fırlandım. Fırlandıqca başım da fırlandı. Nəhayət, yenə qışqırdım:
"Yalvarıram, məni bu şeyin üzərindən xilas eylə. Artıq fırlanmaq istəmirəm!"
Ancaq, usta mənə baxıb gülümsəyirdi:

"Hələ vaxtı deyil!"

"Bir az sonra məni götürdü və sobaya qoydu. Qapını bağlayıb istiliyi artırdı. Onu indi sobanın pəncərəsindən görə bilirdim. Soba get-gedə istilənirdi. Ağlımdan belə keçirdi: “Məni yandıraraq öldürəcək"
Sobanın divarlarına vurmağa başladım. Bir tərəfdən də bağırırdım:
"Usta, usta! Yalvarıram, icazə ver burdan çıxım!"
"Pəncərədən onun üzünü görə bilirdim. Hələ də gülümsəyir və "Daha vaxtı deyil!" deyirdi.

"Bir saat sonra, sobanı açdı və məni çıxardı. İndi rahat nəfəs ala bilirdim, sobanın yandırıcı istiliyindən xilas olmuşdum. Məni masanın üstünə qoydu və bir az boya ilə bir fırça gətirdi.

"Boyalı fırça ilə mənə xəfif xəfif toxunmağa başladı. Fırça hər tərəfimdə gəzir və buna görə də məni gülmək tuturdu .

"Yalvarıram, usta! Xahiş edirəm, məni gülmək tutur." dedim. Onun cavabı isə eyni idi: "Hələ vaxtı deyil!"

"Sonra məni astaca tutub yenə sobaya doğru getməyə başladı. Qorxudan öləcəkdim. "Yox! Məni yenə sobaya salma, yalvarıraaaam!" deyə bağırdım.

Sobanı açdı, məni içəri itələyib qapağı bağladı. İstiliyi bir öncəkinin iki qatına qaldırdı. "Bu dəfə məni həqiqətən yandırıb kül edəcək!" deyə düşündüm. Pəncərədən baxıb ona yenə yalvardım, ancaq o yenə "Daha vaxtı deyil!" deyirdi. Ancaq, bu dəfə ustanın yanaqlarından bir damla göz yaşının yuvarlandığını gördüm.

"Bu dəqiqə son nəfəsimi vermək üzrə olduğumu düşünürdüm ki, qapaq açıldı və ustanın nazik əli məni çəkib çölə çıxardı. Dərin bir nəfəs aldım, həsrət qaldığım sərinliyə qovuşmuşdum. Məni yuxarı bir rəfə qoydu və usta belə dedi:

"İndi tam istədiyim kimi oldun. Özünə baxmaq istəyirsən?"
Ona "Bəli" dedim.

Bir güzgü gətirib qarşıma qoydu. Gördüyümə inana bilmədim. Güzgüyə təkrar-təkrar baxdım və "Bu mən deyiləm. Mən sadəcə bir palçıq idim."

"Bəli, bu sənsən!" dedi usta. Sənin acı və sıxıntı deyə gördüyün şeylər sayəsində belə mükəmməl bir fincan halına gəldin.

Əgər səni bir palçıq ikən üzərində işləməsəydim, quruyub gedəcəkdin.
Fırlanan dəzgahın üstünə qoymasaydım, ovxalanıb toz olacaqdın.
İsti sobaya salmasaydım, partlayacaktın. Boyamasaydım, həyatında rəng olmayacaqdı.
Amma sənə əsl güc və qüvvəti verən ikinci soba oldu.
İndi arzu etdiyim hər şey var üzərində."

Və mən qəhvə fincanı, bu sözlərin ağzımdan çıxdığına heyrət etdim:

"Ustam! Sənə güvənmədiyim üçün məni bağışla!
Mənə zərər yetirəcəyini düşündüm.
Məni məndən çox sevib yaxşılıq edəcəyini başa düşə bilmədim.
Baxışım dar idi, ancaq indi məni gözəl bir sənət əsərinə çevirdiyini görürəm.
Mənim sıxıntı və acı deyə gördüyüm şeyləri mənə verdiyin üçün təşəkkür edirəm…
Təşəkkür edirəm."
* * * * * *
Usta fincanı, Yaradan insanı şəkilləndirir,
Yetər ki, acıdakı hikməti görə bilək.
”Sənin verdiyin hər şey mənə xoşdur” deməyi öyrənə bilsək...


(yazıçı-Sait Çamlıca)