Saturday, July 30, 2011

Şeytandan necə xilas ola bilərik? Şeytanın bizə gücü çatarmı?

Qulun imanı güclüdürsə, şeytan ondan qorxar və qaçar, onun Allahın ixlaslı qullarının başını aldatmağa gücü yetməz. Uca Allah belə buyurdu: ''Mənim (həqiqi) qullarımı sənin (aldatmağa) gücün çatmaz. Vəkil olaraq Rəbbin yetər.''(İsra surəsi, 65)
Mə'lun şeytan bu həqiqəti tam mənası ilə bilir.
''(İblis): Rəbbim! Məni azdırdığına görə and olsun ki, mən də yer üzündə onlara (günahları) bəzəyəcəyəm və onların hamısını azdıracağam. Ancaq içlərindən özlərinə ixlas(hər şeyi sırf Allah rizası üçün etmək) verilən qulların xaric. (Mənim azdırmağım onlara təsir etməz) dedi. (Hicr surəsi, 39-40)
  İş müsəlmanın davamlı özü ilə birlikdə olan dostuna təsir edib bunun üzərinə onun müsəlman olmasına səbəb ola bilər. əhməd b. Hənbəl Müsnədində, Müslim də Səhihində İbn Məsuddan (r.a) bu hədisi rəvayət etmişdilər: Peyğəmbər (s.a.s) belə buyurdu: ''Sizdən heç bir kimsə yoxdur ki, ona cinlərdən dost və mələklərdən dostu vəkil qılınmış olmasın. əshab: Sənə də mi Allahın Rəsulu? dedilər. Peyğəmbər (s.a.s): ''Bəli, mənə də. Ancaq, Allah mənə onun haqqında kömək etdi və o müsəlman oldu. O, artıq mənə xeyirdən başqasını əmr etmir'' dedi.
   İbn Abbasın, Səhihin şərtinə uyğun olan bir isnadla, İmam əhməddəki bir rəvayət belədir: ''Ancaq Allah mənə onun haqqında kömək etdi və o müsəlman oldu.''
   Müslimdəki rəvayətdə də belə deyilir: ''Ancaq Rəbbim mənə onun haqqında kömək etdi. Beləcə o müsəlman oldu.''