Səhər
vaxtı idi. Dan yeri yenicə ağarmışdı, insanlar sağa-sola qaçışırdılar. Biri
işə, biri məktəbə, digəri dostunun və ya yaxınını ziyarətə gedir; hər kəs öz
vəzifəsini yerinə yetirməyə çalışırdı. Bir nizam, bir ahəng yaranırdı, heç kim
öhdəliyindən geri qalmırdı. Həkim həkimliyini, əsgər əsgərliyini, ticarətçi
ticarətini edir, həyatlarını beləcə davam etdirirdilər.
O gün sanki göylər deşilmişdi. Yağış yağır,
şimşək çaxırdı. Elə bil “yuxudan oyanın” deyilirdi bir bahar səhəri... Göy
gurultusuyla fəsil oynayır, bahar sanki bu mesajı alıb torpağın altından əl
eləyirdi. Yeni günə, həyata “Salam” deyirdi...
O, ya pəncərəsinə dəyən yağış damcılarının,
ya da göy gurultusunun səsinə oyanmışdı. Pəncərədən bayıra baxdı və yenidən
yorğanı üzərinə çəkdi. Yerindən qalxmaq istəmirdi. Yatmağa çalışdı, sağa-sola
çevrildi, ancaq yata bilmədi. Çox acmışdı, evdə isə yeməyə heç nə yox idi.
Bir müddət evin içində gəzişdi. Mətbəxə
dəfələrlə baxdı. Orada dolablar boş, o isə ac və möhtac idi.
Onun qəribə düşüncələri var idi...
Ətrafındakı insanıarıa işi olmazdı. Sanki kar idi; insanıar onu axmaq hesab
edib gülər, o isə insanların ona heyran olduunu zənn edib onlarla birlikdə
gülərdi.
Ağıllı, sərbəst və savadlı idi. Bəlkə də bir
kral idi... Tayı-bərabəri olmayan, kəşf olunmayan bir kral...O, hər cümləsinin
sonunda insanların “Kralımız necə də gözəl düşünür.” Deməyini gözləyirdi.
Təəssüf ki, bu mümkün deyildi.
Xəyallaında özünü o qədər dəyərli hesab
edirdi ki, sanki o gəlməmişdən əvvəl dünya çarəsizliklər içindəydi, getdikdən
sonra da aqibəti heç də yaxşı olmayacaq.
Ən hikmətli, ən təsirli, ən faydalı söz onun
sözü idi. Bir sözü ilə bütün problemləri həll edərdi.
Paltarını geyinib evdən çıxdı. Hava soyuq
olduğu üçün plaşına büründü. Şəhərin böyük marketlərindən birinə yollandı. Yol
uzun, hava yağmurlu idi. Yamanca islandı. Lakin nə edə bilərdi, ehtiyacı vardı,
getməliydi.
Nəhayət, marketin qapısından içəri girdi...
İçəri tərtəmiz və isti idi. Dincəldi. Küncdəki arabalardan birini götürdü.
Qarşısına nə çıxsa alacaq, heç bir ləzzətdən imtina etməyəcəkdi.
Əvvəlcə ərzaq bölməsinə gəldi. Zəhərli bir
böcəyin əlilə göndərilən, onun incə qələmlə qazılmış mədəsində bişən və ən
gözəl ləzzətlərdən biri olan baldan bir neçə banka aldı.
Şüşələrlə südü arabaya doldurdu. Ətlərin
dadını xəyalında canlandırdı. Damağı bu ətlərin dadını mütləq hiss etməli idi.
Kilolarla ət yüklədi.
İnsanların üzünə gülən meyvələrin yanından
keçib gedə bilmədi. Onların gözəlliyinə laqeyd qala bilməzdi. Heyva, nar,
portağal...Gördüyünü aldı.
Ərzaq bölməsini gəzdikdən sonra iki arabanın
dolduğunu fərq etdi.
İkinci mərtəbədə geyim əşyaları vardı. Ən
gözəl ayaqqabılardan, köynəklərdən, jaketlərdən. Qısaqol maykalardan aldı. Hələ
dəri paltarları buraxa bilməzdi. Bu qoyunlar da qəribə heyvanlardır. Bellərində
jaket toxunur, mədələrində süd bişir, növbəti il də özləri kimi bir süd fabriki
verirlər. “Aman” dedi, mənə nə, Kim verirsə, kimin əlilə verirsə versin...O
sadəcə almaq istəyirdi.
Nə elektrik əşyalarını, nə də dadlı şokoladları
unutdu.
Arabaları bir-bir çıxışa doğru itələdi.
Marketdəkilər həyəcanla arabaları itələyən,
qarşısına çıxan hər şeyi arabalara dolduran bu adama diqqətlə baxırdılar. O isə
öz xəyal dünyasında idi. Heç kimi vecinə almırdı.
Arabalarla birlikdə çıxışa doğru
irəliləyirdi ki, məmurlardan biri:
-İcazə
verin, sizə kömək edim, -dedi.
Aha, deyəsən biri ağıllı çıxıb onun dəyərini
anlamışdı. Heç bir söz demədi.
Məmur əşyalarla dolu arabaları kassirin
yanına daşımağa kömək etdi. Dəzgahın üzərinə yığmaq istəyirdi ki, o qışqırdı:
-Nə
edirsiniz?
O qədər yüksəkdən qışqırdı ki, hamı ona
baxdı. Kassir nəzakətlə dedi:
-Pulu
ödəyəsiniz deyə malların qiymətini hesablayacağıq.
Adam çox ağıllı, eyni zamanda haqlı idi.
Bunlar özlərini nə hesab edirlər? O məşğul idi. Belə xırda şeylərə vaxtı yox
idi. İndi elə bir söz deyəcəkdi ki, heç kim ağzını açmağa cürət etməsin. Dərslərini
verəcəkdi.
-Vaxtım yoxdur!
Bu söz inanılmaz idi. Qarşısına çıxan hər
şeyi almışdı, amma pulu ödəməmək üçün “Vaxtım yoxdur!” deyə bəhanə gətirirdi.
Kassirlər gülür, ətrafdakılar gülür,
məmurlar gülür, o da gülürdü.
Onun gülməyi uzun çəkmədi.
“Vaxtım yoxdur!” bəhanəsi burada keçmirdi.
* * *
Allahın (c.c) mülkündə Onun verdikləri ilə
yaşayan insanın Rəbbini tanımağa, dininə xidmət etməyə vaxtının olmadığını
deməsi əbəsdir.
İnsan hər şeylə onun dəyəri qədər məşğul
olmalıdır. Vaxtı və minnəti olmayan özünə başqa bir mülk və xoşbəxt olacağı bir
diyar tapmalıdır.
İnsanın istifadə etdiyi bütün nemətlərdən
hesaba çəkiləcəyi qətidir.
* ("Muştu" yayınları, "A şıkkı" adlı kitabın tərcüməsi "xəzər nəşriyyat"-"Vaxtı olmayan adam")