Showing posts with label iman. Show all posts
Showing posts with label iman. Show all posts

Saturday, July 30, 2011

Şeytandan necə xilas ola bilərik? Şeytanın bizə gücü çatarmı?

Qulun imanı güclüdürsə, şeytan ondan qorxar və qaçar, onun Allahın ixlaslı qullarının başını aldatmağa gücü yetməz. Uca Allah belə buyurdu: ''Mənim (həqiqi) qullarımı sənin (aldatmağa) gücün çatmaz. Vəkil olaraq Rəbbin yetər.''(İsra surəsi, 65)
Mə'lun şeytan bu həqiqəti tam mənası ilə bilir.
''(İblis): Rəbbim! Məni azdırdığına görə and olsun ki, mən də yer üzündə onlara (günahları) bəzəyəcəyəm və onların hamısını azdıracağam. Ancaq içlərindən özlərinə ixlas(hər şeyi sırf Allah rizası üçün etmək) verilən qulların xaric. (Mənim azdırmağım onlara təsir etməz) dedi. (Hicr surəsi, 39-40)
  İş müsəlmanın davamlı özü ilə birlikdə olan dostuna təsir edib bunun üzərinə onun müsəlman olmasına səbəb ola bilər. əhməd b. Hənbəl Müsnədində, Müslim də Səhihində İbn Məsuddan (r.a) bu hədisi rəvayət etmişdilər: Peyğəmbər (s.a.s) belə buyurdu: ''Sizdən heç bir kimsə yoxdur ki, ona cinlərdən dost və mələklərdən dostu vəkil qılınmış olmasın. əshab: Sənə də mi Allahın Rəsulu? dedilər. Peyğəmbər (s.a.s): ''Bəli, mənə də. Ancaq, Allah mənə onun haqqında kömək etdi və o müsəlman oldu. O, artıq mənə xeyirdən başqasını əmr etmir'' dedi.
   İbn Abbasın, Səhihin şərtinə uyğun olan bir isnadla, İmam əhməddəki bir rəvayət belədir: ''Ancaq Allah mənə onun haqqında kömək etdi və o müsəlman oldu.''
   Müslimdəki rəvayətdə də belə deyilir: ''Ancaq Rəbbim mənə onun haqqında kömək etdi. Beləcə o müsəlman oldu.''

Friday, July 1, 2011

Allaha təvəkkül etmək nə deməkdir?

"Təvəkkül" "Vəkil" sözündən gəlir, Allahın gözəl adlarından biridir.
Vəkil - hər şeyi görən, hər şeydən xəbərdar olan, hər şeyi idarə edən, hər şeyi nəzarət altında saxlayan, yaratdığı bütün məxluqatın ruzisini və idarəsini Öz üzərinə götürmüş Allah mənasına gəlir.
   İnsanın Allaha təvəkkül etməsi, yəni Ona vəkalət verməsi bizim məhkəmələrimizdəki vəkilliyə bənzəmir. Allaha təvəkkül etmək o deməkdir ki, bir şeyə nail olmaq üçün boynuna düşən bütün vəzifələrini yerinə yetirirsən və sonra nəticəni Allaha həvalə edirsən.
   Təvəkkül məsələsində çox mühüm məqamlar var. Əvvəlcə gərək özündən başlayasan. Allah insanın bir məqsədə çatması üçün onun qarşısına müəyyən səbəblər və ya vasitələr qoyur.     Həmin səbəblərə və ya vasitələrə riayət etmədən insan gərək Allaha təvəkkül etdiyini deməsin. Çünki Allah Quran-i Kərimdə insana öz ağlından və iradəsindən istifadə etməyi dönə-dönə buyurur. Yəni, sən əvvəlcə öz boynuna düşən işi ən gözəl şəkildə yerinə yetirməli (təbii ki, imkanın yetdiyi dərəcədə), sonra məsələni Allaha həvalə etməlisən. Heç bir əziyyət çəkmədən istədiyinə qovuşmaq, ya da məsələyə necə deyərlər, "Allahdan buyruq, ağzıma quyruq" düşüncəsi ilə yanaşmaq islam məntiqinə ziddir.
Əgər payızda tarladan yaxşı məhsul toplamaq istəyirsənsə, gərək yazda o yeri yaxşıca şumlayasan, malalayasan, toxum səpəsən, suvarasan, qoruyasan, yəni lazım olan nə varsa, yerinə yetirəsən. Və ya çoxlu pul qazanmaq istəyirsənsə, gərək ağıl işlədəsən, yol tapasan, zəhmət çəkəsən, səhər tezdən qalcıb qazanc dalınca gedəsən, bir sözlə, halal olan bütün imkanlardan istifadə edəsən.
   Təvəkkül məsələsində ən mühüm məsələlərdən biri də Allaha etibar etməkdir, həm də lap işin başından. Əslində Allaha etibar etməyən insan ya imansızdır, ya cahil. Yəni, sən öz borcunu yerinə yetirəndə bütün ruhunla əmin olmalısan ki, Allah sənin heç bir zəhmətini boşa çıxarmayacaq. Etibar məsələsində ən mühüm məqam isə bizim əməyimizin, zəhmətimizin əvəzində Allahın verdiyi hər şeydən məmnun olmaqdır. Bəndə əmin olmalıdır ki, Allah onun üçün nəyin xeyir, nəyin zərər olduğunu onun özündən daha yaxşı bilir və ən yaxşısı da Allahın təqdir etdiyidir.
   Təvəkkül düşüncəsi əslində insanın formalaşmasında çox böyük rol oynayan amillərdəndir.
   Təvəkkül - Allaha etibar etməkdir. Onun mərhəməti altına girməyə can atmaqdır.
   Quran-i Kərim də, Peyğəmbərimiz də (s.a.s) müsəlmanlara təvəkkül ruhu aşılayırlar.
   Allah bizə layiq olduğu kimi təvəkkül etmək və edə bilmək dərəcəsi nəsib etsin!..
*("Ailəm",2011 iyun.) 

Sunday, May 8, 2011

Cənabətli olan qüsul dəstəmazını nə zaman almalıdır

Cənabətli olan şəxs belə halda ən çox  bir namaz vaxtını ötürməyəcək qədər qala bilər. Bu son həddir. Çünki namazı keçirmək haramdır. Ona görə də belə hallarda ən əhəmiyyətli şey ilk fürsətdə qüsul alıb təmizlənməkdir.

Cənabətli ölən insan axirətə imansız olaraq getmiş sayılırmı?

Bu iki məsələni bir-birinə qarışdırmamaq lazımdır. Belə ki, imanlı olmaqla cənabətli olmaq və ya olmamaq arasında çox böyük fərq vardır. İslama görə, cənabətdən qurtulmaq üçün qüsul dəstəmazı almaq bir ibadət və bir vəzifə deyildir. Bəlkə namaz qılmaq, oruc tutmaq, "Quran" oxumaq kimi ibadətlərin ən birinci şərtlərindəndir. Bu "olmazsa olmaz",-deyə biləcəyimiz şərtlərdəndir, yəni olması zəruridir. Digər tərəfdən qüsul alması zəruri olam kimsə onu gecikdirmədən alarsa, ehtiyatlı davranmış olar, çünki əcəlin nə zaman, harada və necə gələcəyi məlum deyildir. Halbuki, bir mömin maddi və mənəvi cəhətdən hər an ölümə hazır olmalıdır.
   Buna baxmayaraq, cənabətli ikən ölən şəxs qəlbində imanı varsa, mütləq axirətə imanlı gedəcəkdir. Uhud döyüşündə cənabətli  olaraq şəhid olan Hanzala ibn Amr (r.a) Peyğəmbər Əfəndimizin (s.a.s) bildirdiyinə görə mələklər tərəfindən yuyulmuş və bu səbəbdən "qasilətul-məlaikə"-mələklərin yuduğu insan adı ilə tarixə düşmüşdür.
* İslamın beş təməl şərtinin qısa izahı-Müxtəsər Elmihal, Osman Bilgen

Thursday, February 17, 2011

İslamda imanın şərtləri ətraflı şəkildə: 1) Allah-ü Təalaya iman

Başlıca şərtlər ( 1 )

Allah-ü Təalaya iman

1. İlk əvvəl kainat mövcud olmamışdır. Allahın yaratması ilə meydana gəlmişdir.
2. Allah-u Təala Birdir. O, heç kimdən asılı deyildir. O, doğmamış və doğulmamışdır. Onun bənzəri və ya şəriki yoxdur.
3. O, əzəli və əbədidir.
4. Onun oxşarı yoxdur. O birdir.
5. O yaşayır. O, hər şeyə hakimdir. Onun bilgisindən uzaq heç bir şey yoxdur. O, hər şeyi eşidir və görür. O, danışır, ancaq Onun nitqi bizimkindən fərqlidir. O, dilədiyi hər şeyi edir və heç kim Onun qarşısını ala və ya bundan ötrü töhmət verə bilməz.  O, ibadət ediləcək tək Allahdır. Onun ortağı yoxdur. O, qullarına qarşı çox mərhəmətlidir. O, Hakimdir. O, bütün nöqsanlardan azaddır. Qullarını bəla və müsibətlərdən qoruyan Odur. O, şərəf və böyüklük Sahibidir. O, hər şeyi yaratmışdır; heç nə və heç kim Onu yaratmamışdır. O, günahları bağışlayan Aləmlərin Rəbbidir.
6.      
Ruzi və bərəkəti verən Odur. O, dilədiyi kimsənin ruzini azaldar, dilədiyi kimsənin ruzisini artırar. Dilədiyini alçaldar, dilədiyini ucaldar. Dilədiyinə şərəf, dilədiyinə üz-qaralığı verər.  O, həddindən artıq səbir və dözüm Sahibidir. O, Ona edilən dua və ibadətlərə dəyər verib mükafatlandırandır. O hər yerdədir. O, hər kəs üzərində Hakimdir. Heç bir iş Onun bilgisindən uzaq deyildir. O, hər kəsin ehtiyacı olanı verəndir. Hər kəsi yaradan Odur və qiyamət günü hər kəsi dirildəcək olan da Odur. Həyat verən Odur, Ölüm verən də Odur.
7.      
Hər kəs Onu əlamət və atributlarla tanıyır. Heç kim Onun mahiyyətini bilə bilməz. O, günahkarların tövbəsini qəbul edir. O, cəzaya layiq olanları cəzalandırır. Doğru yolu göstərən Odur. Bu kainatda nə baş verirsə, Onun əmri ilə olur. Onun əmri olmadan hətta  bir atom hərəkət edə bilməz. O, yatmır. Bütün kainatı qorumaq Onu yormaz. Hər şeyi nəzarət altında saxlayan Odur. Bütün yaxşı və gözəl keyfiyyətlər Ona aiddir. O, bütün qüsurlardan uzaqdır.
8.       Onun bütün keyfiyyətləri əzəldəndir və əbədiyyətə qədər qalacaqdır.  Bu keyfiyyətlər heç vaxt yox ola bilməz.
9.       O, yaradılanın keyfiyyətindən uzaqdır. O, hər şeyin doğrusunu biləndir. Əgər Quranda və ya Hədisdə hər hansı bir anlamadığımız bir şeydən bəhs edilirsə, onların anlamını Allaha həvalə edirik. Bunların və hər şeyin doğrusunu bilən Odur. Biz bunlara dərinə getmədən inanırıq və əminik ki, onların mənası nə olursa olsun onlar Doğrudurlar. Və bu ən doğru baxış yoludur.  Alternativ olaraq, biz onlara bəzi müvafiq mənalar verərək başa düşə bilərik.
10.    Dünyada nə baş verirsə versin, Allah- ü Təala onu əzəldən bilir; və O, Öz biliyi ilə onu mövcud edir.  Təqdir ( qədər ) məsələsi budur. Hətta pisliyin də mövcudluğunda bir hikmət vardır. Hər kəs bu hikmətdən xəbərdar deyildir.
11.    Allah-ü Təala insana yaxşını pisdən ayırmaq üçün anlama gücü və iradə ( seçim haqqı ) vermişdir. Halbuki, insanın öz istəyi ilə heç bir şeyi vücuda (meydana) gətirəcək gücü yoxdur. Allah-ü Təala yaxşı əməllərdən razı və pis əməllərdən narazı qalır.
12.   Allah-ü Təala insana qaldıra bilməyəcəyi yükü verməmişdir.
Allah-ü Təala nəyisə etməyə məcbur deyildir, göstərdiyi hər hansı bir mərhəmət yalniz Onun lütfündəndir.

2) Mələklərə (və cinlərə ) iman

Başlıca şərtlər (2)

 

Bir sıra məxluqları nurdan yaratdıqdan sonra onları bizim gözümüzdən gizli tutdu. Bu yaradılanlar mələklər adlanır. Onlara bir çox işlər verilmişdir. Onlar heç vaxt Allah-u Təalanın əmrinə qarşı çıxmırlar. Onlar, onlara tapşırılmış işi görməyə davam edirlər.  Dörd böyük mələk vardır : Həzrəti Cəbrayıl (as), Həzrəti Mikayıl (as), Həzrəti İsrafil (as) və Həzrəti Əzrayıl (as).

 

Allah-u Təala bir sıra məxluqları atəşdən yaratmışdır. Biz onları da görə bilmirik. Onlara cin deyilir. Hər növ cin vardır ; həm yaxşı əməl sahibi, həm də pis əməl sahibi(mömin və kafiri). Onların da övladları var. Onlar arasında ən məşhuru lənətlənmiş İblisdir (Şeytandır).


Kitablara iman (3)

Və kütübihi: Allahü Təalanın endirdiyi kitablara inandım, deməkdir. Allahü Təala bu kitabları bəzi Peyğəmbərlərə Cəbrayıl adında mələklə vəhy edrək, yəni oxudaraq, bəzilərinə isə lövhə üzərinə yazılı olaraq, bəzilərinə də mələksiz eşitdirərək endirdi. Hamısı Allahü Təalanın kəlamıdır. əzəli və əbədidirlər. Məxluq deyillər. Hamısı haqdır. Səmavi kitablardan bizə bildirdikləri 104"dür. Bunlardan 10 suhuf Hz. Adəm(as), 50 suhuf Hz. Şit (as), 30 suhuf Hz. İdris (as), 10 suhuf Hz. İbrahim (as), Tövrat Hz. Musa(as), Zəbur Hz. Davud (as), İncil Hz. İsa(as), Quran-i Kərim Hz. Məhəmməd (sas)"a enmişdir. Allahü Təala insanların dünyada axirətdə də sonsuz səadətə qovuşmaları üçün ilk insan və ilk peyğəmbər olan Hz. Adəm aləyhissəlamdan, son Peyğəmbər Hz. Məhəmməd(sas)"a qədər bir çox peyğəmbər vasitəsi ilə kitablar göndərmişdir. Bu kitablarda iman və ibadət əsaslarını açıqlamış, insanların möhtac olduqları hər xüsusda bilgi verilmişdir.


Peyğəmbərlərə iman (4)

Başlıca şərtlər (4)

1.       AllahTəala insanlara doğru yolu göstərmək üçün bir çox peyğəmbərlər göndərmişdir. Onların hamısı günahlardan uzaqdır. Onların dəqiq sayını yalnız Allah bilir. Onların doğruluğunu göstərmək üçün Allah onlara digərlərinin bacara bilmədikləri üstünlükləri vermişdir. Bunlara möcüzə deyilir.

İlk peyğəmbər Adəm (as) və sonuncu peyğəmbər Həzrəti Məhəmməd (sas) olmuşdur. Digər bütün peyğəmbərlər Bu iki Peyğəmbər arasındakı zamanda göndərilmişdir : Nuh aləyhis səlam, İbrahim aləyhis səlam, Is'haq aləyhis səlam, İsmail aləyhis səlam, Yaqub aləyhis səlam, Yusif (Quranda-Yusuf olaraq keçir) aləyhis səlam, Davud aləyhis səlam, Süleyman aləyhis səlam, Əyyub aləyhis səlam, Musa aləyhis səlam, Harun aləyhis səlam, Zəkəriyya aləyhis səlam, Yəhya aləyhis səlam, İsa aləyhis səlam, İlyas aləyhis səlam, Əl-Yəsa' aləyhis səlam, Yunis(Quranda-Yunus) aləyhis səlam, Lut aləyhis səlam, İdris aləyhis səlam, ZulKifl aleyhis səlam, Saleh(Quranda-Salih) aləyhis səlam, Hud aləyhis səlam və Şuayb aləyhis səlam.
2.       Allah-ü Təala peyğəmbərlərin dəqiq sayını heç kimə bildirməmişdir. Ona görə Allahın göndərdiyi bütün Peyğəmbərlərə, bildiyimiz və eləcə də bilmədiyimiz Peyğəmbərlərə imanımız olmalıdır.
3.       Bəzi peyğəmbərlərin dərəcəsi digərlərindən daha üstündür. Ən üstünü peyğəmbərimiz Həzrəti Məhəmməd (sas) dir. Ondan (sas) sonra heç bir peyğəmbər gəlməyəcəkdir. O, qiyamət gününə qədər bütün insanlığın və cinlərin peyğəmbəridir.
Allah-u Təala Peyğəmbərimizi (sas) fiziki olaraq oyaq ikən Məkkədən Beyt-ul Maqdisə və oradan da 7 qat səmaya, oradan isə Allah istədiyi yerə götürdü. Sonra Onu(sas) Məkkəyə geri göndərdi. Bu yol (səyahət) Mirac adlanır.

Axirət gününə iman (5)

Vəl yəvmil axiri : Axirət gününə inandım deməkdir. Bu zamanın başlanğıcı, insanın öldüyü gündür. Qiyamətin sonuna qədərdir. Son gün deyilməsi, arxasından gecə gəlmədiyinə görədir. Yaxud, dünyadan sonra gəldiyi üçündür. Qiyamətin zamanı bildirilmədi. Ancaq, Hz. Peyğəmbərimiz (sas) bir çox əlamətlərini xəbər vermişdir. Hz. Mehdi (as) gələcək, Hz. İsa(As) geri göndəriləcək- yer üzünə enəcək. Dəccal çıxacaq. Yəcuc və Məcuc adlandırılanlar hər yeri qarışdıracaq. Günəş qərbdən doğacaq. Böyük zəlzələlər olacaq. Dini biliklər unudulacaq. Günah və pislik çoxalacaq. Haramlar hər yerdə işlənəcək. Yəməndən alov (atəş) çıxacaq. Göylər və yerlər parçalanacaq. Günəş və Ay qaralacaq və s.

Qəbir sualları vardır. Sorğu-sual mələkləri münkər və nəkirdir. Qiyamət günü hər kəs diriləcək. Məhşər yerində toplanacaq. Salehlərin dəftərləri sağından, pis əməl sahiblərinin isə arxa və ya sol tərəflərindən veriləcəkdir. Şirkdən, küfürdən başqa hər günahı Allah-ü Təala dilərsə bağışlayacaq, dilərsə kiçik günah üçün də cəzalandıracaqdır.

Əməllər üçün mizan (tərəzi) ,  Sırat körpüsü və Kövsər hovuzu vardır. Sırat körpüsü Allahın əmri ilə Cəhənnəm üzərində qurulur. Şəfaət haqdır. Allah-ü Təalanın icazə verdikləri şəfaət edəcək və qəbul ediləcəkdir. Cənnət və Cəhənnəm indi də vardır. Allahın əmirlərinə boyun əyib haramlardan qaçmaq bizi xilas edəcəkdir, inşaAllah. Allah mərhəmət və mağfirət sahibidir.
*Cənnət ucuz deyildir, Cəhənnəm də lüzumsuz deyildir.

Qədərə iman (6)

Və bil-kadəri, hayrihi və şərrihi minallahi təala: Qədərə, xeyir və şərlərin Allahü Təaladan olduğuna inandım, deməkdir. İnsanlara gələn xeyir və şər, fayda və zərər, qazanc və ziyanların hamısı, Allahü Təalanın təqdir etməsi ilədir. Allahü Təalanın bir şeyin varlığını diləməsinə qədər deyilmişdir. Qədər,  Cənab-ı Allahın, əzəldən əbədə qədər olmuş və olacaq hər şeyi əzəli elmiylə bilib, ona görə təqdir etməsidir. Qədərin, yəni varlığı təqdir edilmiş olan şeyin var edilməsinə qəza deyilir. Qədər və qəza kəlimələri bir-birinin yerinə istifadə edilir.
   Allahü Təala qullarına iradə vermişdir. Bu iradələrini, diləmələrini, işləri yaratmasına səbəb qılmışdır. Bir qul, bir şey etmək istədiyində Allahü Təala da dilərsə, o işi yaradır. Qul diləməzsə, Allahü Təala da o cür diləyir və onu o cür yaradır.
   Allahü Təala hər kəsə təvəkkülü əmr etmişdir. "Təvəkkül imanın şərtidir" tərcüməsindəki ayət-i kərimə bu əmrlərdən biridir. Maidə surəsində (Əgər imanınız varsa, Allahü Təalaya təvəkkül ediniz!), Al-i İmran surəsində (Allahü əala təvəkkül edənləri əlbəttə sevər), Talaq surəsində (Bir kimsə Allahü Təalaya təvəkkül edərsə, Allahü Təala ona kafidir), Zümər surəsində ( Allahü Təala quluna kafi deyilmidir?) tərcümələrində daha neçə ayət-i kərimə vardır.
   Rəsulullah "sallallahu aləyhi və səlləm" buyurdular ki, (Ümmətimdən bir qismini mənə göstərdilər. Dağları, səhraları doldurmuşdular. Belə çox olduqlarına təəccüb etdim və sevindim. Sevindin, dedilər, bəli, dedim. Bunlardan, ancaq yetmiş min ədədi hesabsız Cənnətə girər, dedilər. Bunlar hansılardır deyə soruşdum. İşlərinə sehr, cadu, dağlamaq, fal qarışdırmayıb, Allahü Təaladan başqasına təvəkkül və etimad etməyənlərdir, buyuruldu). Dinləyənlər arasında Ukaşə "radıyallahü anh" ayağa qalxıb ( Ya Rasulallah! Dua buyur, onlardan olum) dedikdə, (Ya Rabbi! Bunu onlardan eylə!) buyurdu.
Təvəkkül, səbəblərə yapışıb, gerisi üçün zehni yormamaqdır.