Showing posts with label müsəlman. Show all posts
Showing posts with label müsəlman. Show all posts

Friday, July 1, 2011

Allaha təvəkkül etmək nə deməkdir?

"Təvəkkül" "Vəkil" sözündən gəlir, Allahın gözəl adlarından biridir.
Vəkil - hər şeyi görən, hər şeydən xəbərdar olan, hər şeyi idarə edən, hər şeyi nəzarət altında saxlayan, yaratdığı bütün məxluqatın ruzisini və idarəsini Öz üzərinə götürmüş Allah mənasına gəlir.
   İnsanın Allaha təvəkkül etməsi, yəni Ona vəkalət verməsi bizim məhkəmələrimizdəki vəkilliyə bənzəmir. Allaha təvəkkül etmək o deməkdir ki, bir şeyə nail olmaq üçün boynuna düşən bütün vəzifələrini yerinə yetirirsən və sonra nəticəni Allaha həvalə edirsən.
   Təvəkkül məsələsində çox mühüm məqamlar var. Əvvəlcə gərək özündən başlayasan. Allah insanın bir məqsədə çatması üçün onun qarşısına müəyyən səbəblər və ya vasitələr qoyur.     Həmin səbəblərə və ya vasitələrə riayət etmədən insan gərək Allaha təvəkkül etdiyini deməsin. Çünki Allah Quran-i Kərimdə insana öz ağlından və iradəsindən istifadə etməyi dönə-dönə buyurur. Yəni, sən əvvəlcə öz boynuna düşən işi ən gözəl şəkildə yerinə yetirməli (təbii ki, imkanın yetdiyi dərəcədə), sonra məsələni Allaha həvalə etməlisən. Heç bir əziyyət çəkmədən istədiyinə qovuşmaq, ya da məsələyə necə deyərlər, "Allahdan buyruq, ağzıma quyruq" düşüncəsi ilə yanaşmaq islam məntiqinə ziddir.
Əgər payızda tarladan yaxşı məhsul toplamaq istəyirsənsə, gərək yazda o yeri yaxşıca şumlayasan, malalayasan, toxum səpəsən, suvarasan, qoruyasan, yəni lazım olan nə varsa, yerinə yetirəsən. Və ya çoxlu pul qazanmaq istəyirsənsə, gərək ağıl işlədəsən, yol tapasan, zəhmət çəkəsən, səhər tezdən qalcıb qazanc dalınca gedəsən, bir sözlə, halal olan bütün imkanlardan istifadə edəsən.
   Təvəkkül məsələsində ən mühüm məsələlərdən biri də Allaha etibar etməkdir, həm də lap işin başından. Əslində Allaha etibar etməyən insan ya imansızdır, ya cahil. Yəni, sən öz borcunu yerinə yetirəndə bütün ruhunla əmin olmalısan ki, Allah sənin heç bir zəhmətini boşa çıxarmayacaq. Etibar məsələsində ən mühüm məqam isə bizim əməyimizin, zəhmətimizin əvəzində Allahın verdiyi hər şeydən məmnun olmaqdır. Bəndə əmin olmalıdır ki, Allah onun üçün nəyin xeyir, nəyin zərər olduğunu onun özündən daha yaxşı bilir və ən yaxşısı da Allahın təqdir etdiyidir.
   Təvəkkül düşüncəsi əslində insanın formalaşmasında çox böyük rol oynayan amillərdəndir.
   Təvəkkül - Allaha etibar etməkdir. Onun mərhəməti altına girməyə can atmaqdır.
   Quran-i Kərim də, Peyğəmbərimiz də (s.a.s) müsəlmanlara təvəkkül ruhu aşılayırlar.
   Allah bizə layiq olduğu kimi təvəkkül etmək və edə bilmək dərəcəsi nəsib etsin!..
*("Ailəm",2011 iyun.) 

Wednesday, May 18, 2011

Bu dünya Kirli dünya!

   
   Bu gün 18 May Azərbaycan Respublikasının canından qoparılmış torpağı Laçının işğalından 19 il ötür. 63 min 341 azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salınaraq Respublikanın müxtəlif rayonlarında məcburi köçkün həyatı yaşayır. 19 ildir ki, qəlblərinə daş bağlayaraq səbr edən laçınlılar və o cümlədən biz inanırıq ki, bir gün... Bir gün o qayıdacaq. Sadəcə, ümidimizi itirməyək. "Əşi o gedən getdi, bir daha qayıtması çətin məsələdir" deyənlər, inamınızı itirməyin. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib. Onların ahı cavabsız qalmayacaq, inşaAllah.
   Bu gün televiziya kanallarından birində "Atları yəhərləyin" filmini nümayiş etdirdilər. Bu filmə dəfələrlə baxsam da, bu günkü qədər diqqətimi çəkməmişdi. Hələ ordakı "Anama deyin" və "Bu dünya sirli dünya" sözləri ilə başlayan səsləri insanı "doldurur", göz yaşını insanın ürəyinə "saplayır".


Gün keçər, taya dönər
Su axar çaya dönər
Kişnəsə namərd atı
Mərd toy, yuvaya dönər



Deyirəm, gözəl dünyam
Gözəl mi, gözəl dünyam
Bir halal, qazanc paya
Uzanır gedər dünya

Bu dağın daşı duzlu
Anamın, aşı duzlu
Öldülər, içənləri
Gözümün yaşı duzlu



 Doğrudan da, dünya kirli dünya! Koroğlu da mərdliyin sonunu tüfəngin ortaya çıxması ilə sona yetdiyini deməmişdimi? İndi arxadan vurma dövrüdür...
   Azərbaycan çox zəngin ölkədir, xüsusilə də, Qarabağ ərazisi ən zəngin sahəsidir. Təbii ki, canavarın gözü yağlı ətdə olar. Ancaq, onlar bilmirlər ki, bizi qoruyan Allahımız və Onun göndərdiyi qəhrəmanlarımız var. Hələ ki, müsəlman dünyasını əzirlər. Ancaq, qələbə müsəlmanların olacaq, inşaAllah.
   Gecə nə qədər uzun olsa da, onun da bir işıqlı sabahı var!
   Bu bütün azərbaycanlıların imtahanıdır və bu imtahandan üzü ağ, alnı açıq çıxmaq diləyi ilə...