Showing posts with label şeytan. Show all posts
Showing posts with label şeytan. Show all posts

Wednesday, August 24, 2011

İsraf edən şeytanın qardaşıdır

Bu dünyada birisi üçün çoxluq
              o birisi üçün yoxluqdur...
   İsraf - Allah-ü Təalanın verdiyi nemətlərə qarşı hörmətsiz davranmaq, xəsislik isə Allah-ü Təalaya güvənməməkdir. Müsəlman Allah-ü Təalanın yaratdığı hər şeyə dəyər verər və Allahdan başqa kimsəyə də güvənməz.
   Xəsislik - sərvət üzərində Allahı deyil, özünü sahib görmə korluğundan doğur.
   Allah-ü Təala insanın yeganə və sarsılmaz güvən yeridir.
   İsraf - məhrumiyyətin anasıdır.
   Qənaət - verdiyi nemətlər üçün Allah-ü Təalaya şükrün ifadəsi olmaqla yanaşı, həm də başqalarını düşünməkdir.
   Qənaət - ən böyük sərvətdir. İnsan üçün mühüm olan çox şeyə sahib olmaq deyil, az şeylə öz ehtiyaclarını qarşılaya bilməkdir.
   Allah-ü Təala Quran-i Kərimdə möminlərin xarakterik xüsusiyyətlərindən bəhs edərkən israf üzərində dayanır. Müsəlman şəxsiyyətinin formalaşmasında israf məsələsi test imtahanı kimidir. Bir adam israfçıdırsa, o, gerçək mömin ola bilməz.
   İsraf edənlər Allah-ü Təalaya qarşı çıxmış olurlar. Xüsusilə də Furkan surəsinin 67-ci ayəsində möminlərdən bəhs edərkən onların nə israfşı, nə də xəsis olmadıqları xüsusi vurğulanır və bu ikisinin arasındakı o doğru yol üzrə yaşadıqları bildirilir. O doğru yol nədir? - Hər şeyin dəyərini bilməklə yanaşı, lazım gələndə bütün sərvətini "uf" demədən verə bilməkdir. Dünyaya sahib olacaqsan, amma dünyanı könlünə buraxmayacaqsan. Halal yolla qazanmaq üçün çalışacaqsan, hər kəsdən daha fəal, varlə olacaqsan, amma varın-dövlətin əsiri, köləsi olmayacaqsan. Var-dövlət sənin üçün məqsəd olmayacaq, vasitə olacaq. İslam əxlaqında möminin dünya ilə münasibəti məhz bu xətt üzrə tənzimlənir. Bunu bacaran israfdan da, xəsislikdən də qurtarmış olacaq. İsraf malın bərəkətini aparır, qənaət bərəkətini artırır.
   Həyatımızın hər sahəsində israf var, qənaət var, xəsislik var. Zamanını boş yerə xərcləmək də israfdır; gözünün nurunu, qolunun gücünü gərəksiz və ya zərərli işlərə sərf etmək də israfdır; ehtiyacından artıq yemək də israfdır; artıq danışmaq da...
   İsraf da, xəsislik də mənəvi xəstəliklərdir, onlardan xilas olmağın yolu hər şeyin sahibinin Allah olduğuna inanmaq və işimizə yarayan hər şeyin bizə əmanət olaraq verildiyinə inanmaq, bir gün də onların hamısına görə Allah-ü Təala qarşısında hesab verməyi bilməkdən başlayır.
*Zaman,2011

Monday, June 13, 2011

Xəbis ruhların və cinlərin şərindən qorunmaq üçün nə etməli və nələr oxunmalıdır?

A.    Əvvəla, Allaha (c.c) sığınaraq və Rəsulun (s.a.s) uyaraq, İslamın prinsiplərinə riayət olunmalıdır.
   Bu işin birinci və ən doğru yolu Allah(c.c) və Rəsulu (s.a.s) ilə çox yaxşı münasibət qurmaq, İslamın prinsiplərini həyatımızın bir parçası halına gətirmək, qəlbən dərinləşmək və tərtəmiz havamızla öz aləmimizi yaşamaqdır. Bir yandan bunlara əməl edərkən, digər yandan da hər hansı bir boşluq və günah pəncərəsindən sıza biləcək heç bir çirkin ruhu da yaxınımıza buraxmamalıyıq. Ruhda əmələ gələn bir dəlik onların sızmasına fürsət verə bilər.
B.   Feli (hərəkətlə edilən) və qövli (sözlə edilən) dua ilə Cənab-i Haqqa (c.c) yönəlməlidir.
Cinlərin və xəbis ruhların şərlərindən qorunmaqda önəmli olan ikinci bir amil, xüsusilə duanın ibadətimizin bir parçası olması və bir silah olaraq dilimizdən düşməməsidir.
   Dua feli və qövli olmaqla iki qismə ayrılır. Əkinçinin tarlasını şumlaması, əkməsi, sulaması feli bir dua, sonra da əl açıb, “Ya Rəbbi, bərəkət ehsan elə, rəhmətini bol-bol ver”, -deyərək yalvarması qövli duadır.
   Birinci dua olmadan ikincinin edilməsi insana hər hansı bir şey qazandırmayacaqdır. Əksinə olaraq sadəcə feli dua ilə kifayətlənmək də doğru deyildir. Bu, nəinki bərəkəti, hətta ibadəti belə yarımçıq qoyacaq və gördüyü bütün işlər qarşısında rəqəm olmayan sıfırlardan ibarət olacaqdır.
   Deyək ki, möminlərdən biri “Ya Rəbbi, möminləri müzəffər eylə”, -deyərək dua edər. Bu gözəl bir duadır, lakin kifayət deyildir. Çünki quşlar tək qanadla uça bilməz. Əfəndimizin (s.a.s) Bədir Savaşından əvvəl tam hazırlıq görməsi və sonra da bütün mənliyi ilə dua etməsi onu göstərir ki, əvvəlcə feli dua ediləcək, yəni səbəblər dairəsində icrası zəruri olan işlər icra ediləcək, mümkün qədər səbəblərə riayət ediləcək, arxasınca da sözlü dua üçün əllər açılacaqdır.
   Başqa bir misalla fikrimizi daha da aydınlaşdıraq. Vücudumuzda bir nasazlıq və xəstəlik hiss edəndə tez həkimə gedir və müxtəlif dərmanlardan istifadə edirik. Bu da feli bir duadır. Ardınca şəfanı verən Cənab-i Haqqa əl açıb, şəfa diləməyimiz isə sözlü duadır. Bəzən, ola bilsin ki, sadəcə Allaha yaxınlaşmaqla və sözlü dua etməklə xəstəliklərimiz, baş və diş ağrılarımız sağalsın, amma bəzən də Allahın diləyi başqa olur və həkimə müraciət etməyimiz lazım gəlir. Əfəndimiz (s.a.s) “Allah hər dərdin dəvasını yaratmışdır, müalicə olunun” (Buxari və Müslim rəvayət etmişdir) buyurmaqla, bu feli duaya bizi təşviq etmişdir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi şəfanı Allahdan (c.c) bilərək etdiyimiz və bir ibadət vəzifəmiz olan sözlü dua kifayət etmədiyi kimi, feli dua da etməyə bilər və Allah (c.c) şəfanı bəzən iki duaya birdən, bəzən də, sadəcə birinə bağlayır. Hər şey Onun əlindədir. Elə insanlar var ki, sözlü duanın nə olduğunu bilmədikləri halda, sağ-salamat və zövq-səfa içində yaşayırlar; bunun əksinə bəzən dava-dərmanı, dilindən duası əksik olmayan, Allaha (c.c) sidq ürəklə bağlı insanların isə həyatlarını dərd və məşəqqətlərlə yaşadıqlarının şahidi oluruq. Belə mənzərələrlə qarşılanda insan edilən duaların qəbul olunmadığını zənn edir. Lakin duaları qəbul etmək başqa, dualara cavab vermək bambaşqadır. Edilən hər duanı Allah eşidir və heç vaxt cavabsız qoymur. Dualar bəzən o anda, bəzən gecikdirələrək, bəzən də axirətdə verilmək şərti ilə cavablandırılır. Bu, tamamilə Cənab-i Haqqın hikmətinə bağlıdır. Köməyə həkim çağrılanda, o sifarişinizi qəbul edib gələr, lakin “Mənə filan dərmanı ver”, -deyə dərmanları özünüz seçsəniz həkimə müraciətin bir mənası qalmaz. Köməyinizə gələn həkim müayinədən sonra dərman seçməyinizə məhəl qoymadan lazımı dərmanları verər və ya heç dərmana ehtiyac görməz. Həkim odur, xəstə haqqında qərar vermə haqqı da ona aiddir. Bənzətmədə xəta olmasın, Cənab-i Haqq da qulun dualarını hər zaman eşidir, eşitdiyini də qəlbə rahatlıq verərək hiss etdirir. Çünki O, insana şah damarından daha yaxındır. Lakin hikmət sahibi olan Allah qulun hər istədiyini verməz. Çünki bəzən qulun istədiyi ona zərərli olur, bəzən isə Allah quluna daha sonra və gözəl bir mükafat vermək məqsədi ilə duanın cavabını sonraya saxlayır. Xülasə, mülkün  sahibi Odur və mülkündə istədiyi kimi davrana bilər. O, əbəs iş görməz, gördüyü hər bir işin bir deyil minlərlə hikməti var.
   Eyni zamanda onu da bilmək lazımdır ki, dua da namaz kimi bir ibadətdir. Dua səmimi, təmənnasız və nəticəsi vaxtından əvvəl istənmədən edilməlidir. O (c.c) kərəm sahibidir, qulunu heç ummadığı bir anda sevindirə bilər. Tezliklə nəticə əldə edilsin, arzular həyata keçsin deyə edilən dualar ola bilsin ki, qəbul olunmasın. Belə dualar səmimi və təmənnasız olmadığına görə, Allahın qəbul məqamına yüksəlmələri mümkün olmaya bilər.
   Dua nəticəni dərhal əldə etmə niyyəti ilə edilməməli, lakin Haqqın dərgahından da heç vaxt ayrılmamalı, dualara səmimiyyətlə davam edilməlidir. Allaha davamlı yaxın olma cəhdimiz, Ondan hər zaman xeyirli nə isə onu istəməyimiz, günahların payız yarpaqları kimi töküldüyü, fəzilət və insani keyfiyyətlərin artdığı o qapıda sədaqət göstərməyimiz, imtahanda olduğumuzu unutmadan nəticələri axirətədək gözləməyimiz səmimi ibadətin nişanəsidir.
C. Allahın yanında məqbul olduğuna inandığınız kimsələrin duaları istənilməlidir.
   Allah yanında dəyərli, duaları qəbul olunan möhtərəm şəxslərə müraciət edib onlardan dua istəmək çox əhəmiyyətli və yararlıdır. Belə ki, Əfəndimiz (s.a.s) belə müraciətlər tez-tez olunurdu. Əhməd İbn Hənbəl, Əbu Davud və Təbəraninin rəvayətlərində Ümmü Hani (Allah ondan razı olsun) belə nəql edir:
   “Allah Rəsuluna dəli bir uşaq gətirdilər. Əfəndimiz ona toxunaraq, “Çıx, ey Allahın düşməni!” –dedi. Sonra uşağın üzünü yuyub dua etdi və uşaqda heç nə qalmadı. Biz də təqvalı şəxslərə müraciət edib, onlardan dua etmələrini diləməliyik. İnşaAllah Cənab-i Haqq da şəfa ehsan edər.
   Cinlərin təcavüzünə məruz qalan şəxs dərhal cindarlara müraciət etsə, bu onda qorxu oyadıb mənəviyyatını zədələyə bilər. Belə insan isə istismar edilməyə hazır haldadır. Filan kəsdən bir dua, filandan iki dua yazdıra-yazdıra zavallı xəstəni dua daşıyana çeviririk. Bu dualardan biri itəndə də xəstə qorxudan tir-tir titrəməyə başlayır və ümidsizliyə qapılır. Yəni dua şəfaya səbəb olmur, daha çox narahatçılığa səbəb olur. Buna görə də şəxsən dua etmək ən yaxşısıdır. Abdullah İbn Amr (r.a) uşaqlarına dua öyrədər, bilməyənlərin də üzərinə yazıb qoyardı. Buna da çox bel bağlamaq olmaz. Belə ki, SƏHİH hədislərə görə, Əfəndimiz (s.a.s) 70 min insanın sorğusuz-sualsız cənnətə girəcəyini müjdələyərkən, onlardan, bazubənd bağlamayanlar, üzərində gəzdirmək məqsədi ilə yazılan dualara etibar etmədən Allaha təvəkkül edənlər deyə bəhs edir. Buna görə də həm duaya davam, həm də Allaha (c.c) təvəkkül etmək ən doğru davranışdır.(Hətta “dua üzərimdə var” deyib dil ilə duadan uzaqlaşmaq təhlükəsi də var. Ən yaxşısı Allaha şəxsən dua etməkdir.)
D. İmanlı psixiatr və həkimlərə müraciət edilməlidir.
Bu mövzu ilə əlaqəli başqa bir tövsiyəmiz də Allahı inkar etməyən, ruhlara, cinlərə inan mütəxəssis psixiatrlara getməyinizdir. Sinəsində imansız qəlb gəzdirən, ruhu mənəviyyatdan məhrum, vicdan və hissləri arasında müvazinət qura bilməyib ikili həyat sürən həkimlər, xəbis ruhların təcavüzünə məruz qalanlara “qadınlarla münasibət qur, ye-iç, əylən, pis düşüncələrdən uzaqlaşmağa çalış”, -deyirlər. Belə məsləhətlər vermək susamış insana dəniz suyunu göstərməyə bənzəyir. Onsuz da insanı xəstələndirən mənəvi qidasızlıq, mənəvi düşkünlük və günahkar insanlarla oturub-durmaqdır. Əlbəttə, bu cür düşüncə üzərində qurulan tibb sahəsi də, təbib də təkgözlüdür, yarımçıqdır. İtirdiyi o ikinci gözünü tapana qədər də bu korluqdan xilas ola bilməyəcək.
E.  Ayətül-kürsi, Müavvizəteyn (yəni Fələq və Nas surələri) və başqa dualara müraciət etmək lazımdır.
©   Hər şeydən əvvəl vacib olan Allaha (c.c) sığınmaq və Onun himayəsinə girməkdir. Allah-Təala “Qurani-Kərim”də də qullarına elə bu cür əmr edir: “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir” (əl-Füssülət, 41.36). Yəni “Əuzu billəhi minəş-şeytanir racim” de! Bundan başqa “əl-Möminin” surəsinin 97 98-ci ayələrini əzbərləyib oxumağı da tövsiyə edirik.
©   “əl-Bəqərə” surəsinin “gözü” olan “Ayətül-kürsi” Əfəndimiz (s.a.s) tərəfindən şəxsən tövsiyə edilmişdir. Səhabələrdən biri zəkat malına əl uzatmaq istəyən insan surətində bir xəbis ruhu yaxalamışdı. Həmin xəbis ruh canını qurtarmaq üçün “məni buraxsan, mən də sənə özünü bizdən qoruya biləcəyin bir dua öyrədərəm. O Ayətül-kürsidir”, -demişdir. Əfəndimiz (s.a.s) də, “O, yalançıdır, lakin bu dəfə doğru söyləmişdir”, -deyərək onu təsdiqləmişdi.
©   Əfəndimizə (s.a.s) yəhudilər tərəfindən cadu ediləndə Müavvizəteyn, yəni “Fələq” “Nas” surələri oxunaraq cadunun təsiri aradan qaldırılmışdır. Bundan başqa, Peyğəmbərimiz (s.a.s) Aişə anamızın (r.a) dediyinə görə, “səhər-axşam üç dəfə “Fələq” və “Nas” surələrini oxuyar, hər iki ovucunu birləşdirərək içinə üfləyər və hər dəfə də əllərini bədəninin əl çatan yerlərinə sürtərdi”. Yenə Əfəndimiz (s.a.s) səhər-axşam üç dəfə “Bismillahilləzi lə yədurru məasmihi şəyun filardi vəla fəssəmai və huvəs-Səmiul Alim” deyərdi. Bu da Allahın izniylə iflic xəstəliyinə məruz qalmamağın təminatıdır. Yenə “Əuzu bi-kəlimati ilahit-tammati  min külli şeytanin və hammətin və min külli aynin və lammətin” duasını da tövsiyə və təcrübə edilən dualar arasına daxil etmişdir.
©   İmam Qəzali Həzrətlərinin bu məslə ilə bağlı tövsiyəsi 1 dəfə “Bismillahir Rahmənir-Rahim”, 10 dəfə “Allahu Əkbər”, 19 dəfə “La yuflihus sahiru haysu əta” (Taha, 20/69) və “Min şərrin nəffəsəti fil uqad” (ən-Nas, 114/4) oxumaqdır.
©   Bir başqa tövsiyə isə hər dəfə əvvəlcə bir qurtum su, çay, ya da şorba içib ardınca yuxarıda zikr edilən bu iki ayə oxunmalı və bu 19 dəfə təkrarlanmalıdır.
©   Bu mövzu ilə bağlı bir çox dualar vardır ki, onları hədis kitablarına baxmaqla və ya bu haqda məlumatı olan şəxslərdən soruşmaqla öyrənmək olar. Bundan başqa “Cövşən” “Qəsideyi-Bürdə” ni də tövsiyə etmək olar.
* Osman Bilgen - Müxtəsər Elmihal, İslamın beş təməl şərtinin qısa izahı
    

Sunday, May 8, 2011

Şeytanın yaradılmasının və insanları yoldan çıxartmağına yol verilməsinin hikməti nədir?

a) Şeytan yaradılmasaydı, insanın yaradılmasının bir hikməti olmazdı. Bunu unutmamaq lazımdır ki, Allahın qətiyyən günaha girməyən və şeytanın vəsvəsəsinə məruz qalmayan mələklər kimi bir çox məxluqatı var. Allah insandan fərqli bitki və heyvanlar yaratdığı kimi ilahi sənəti mələklərdən fərqli şəkildə öz üzərində təcəlli etdirən insanları yaratmışdır. Allah insanın mahiyyətindəki istedad toxumlarının inkişaf etməsi üçün önünə bir hərəkətverici qüvvə, inkişafına səbəb olacaq şeytan və xəbis ruhları çıxarmışdır. Lakin təkəbbür və üsyan duyğularını insanlara təlqin edən şeytan gördüyü bütün şər işləri şüurlu olaraq edir.
Şeytan insanı qovan rəqib marafonçuya bənzəyir. İnsan hədəfə varmaq, zəfər əldə etmək, onu hər zaman izləyən bu əzəli rəqibini aşa bilmək üçün onu daima geridə qoymalı və ondan irəlidə olmalıdır. Əgər insanın belə hərəkətverici bir rəqibi və düşməni olmasaydı, o bu dünya yarışında yarışa bilməz və nüvə şəklindəki istedadlarını qətiyyən inkişaf etdirə bilməzdi. Daha aydın desək, içində toxum halında olan qabiliyyətlərinin inkişaf üçün zəmin tapa bilməyəcək və nəticədə faydasız bir varlıq halına düşəcəkdi. İnsan oğlu ən ali dərəcəni və kamillik mərtəbəsini bu əzəli düşmənə qarşı apardığı mücadilə ilə əldə etmiş və Əbu Bəkirlər yetişdirmişdir. Əksinə bəşər bu mübarizədəki acizliyi və iradəsizliyi ilə də Əbu Cəhillərin yetişməsinə səbəb olmuşdur.
b) Şər iş şeytanın yaradılışı deyil, pna tabe olub şər iş görməkdir. Necə ki, cinayətdə işlədilən bıçaq və ya silah deyil, cinayəti törədən əllər əsas səbəbkar olaraq göstərilir. Şeytan da insanın gördüyü şər işlərdə bir vasitə və alətdir, əsl günahkar isə bu aləti istifadə edən əldir. Bəli, nəfs və nəfsə uyan iradə şeytani təlqinlərin təsiri altında bəzi şər işlər törədir, lakin unudulmamalıdır ki, bütün mənfi nəticələrin əsas səbəbi şeytan deyil, insandır. Şeytan və şər ruhlar bəsit səbəbdir. Həqiqi xəstəlik isə insanın iradəsindədir. İnsanlar şeytanla deyil, öz zəif iradələri ilə şər işlər  görürlər.
c) İnsan hər şeyi öz dar düşüncəsinə və əlində olan kiçik səbəb və nəticələrə görə dəyərləndirməyə meyillidir. Halbuki, Allah (c.c)  ümumi nəticələrə və faydalara baxar və ona görə yaradır. Məsələn, əlimizi oda tutsaq, sözsüz ki, əlimizi yandırar. Buna görə atəşə “heç bir xeyri yoxdur, zərərlidir”,-deyə bilərikmi? Əlbəttə ki, yox. Əslində hər bir nemətə “xeyirli” və “zərərli” damğasını vuran şəxsən biz insanlarıq. Cüzi zərərlərə görə ümumi xeyirlərə zərərlidir demək düzgün deyil. Dünyada hər bir nemət belədir. Allah yaradanda ümumi nəticələri nəzərə alaraq yaradır. Şeytanın yaradılışı da ümumi nəticələrə baxır. Əbu Cəhlin iradəsi ilə cəhənnəmə yuvarlanmasında və Əbu Bəkrin (r.a) timsalında minlərlə övliya və kamil möminlərin cənnətə layiq görülməsində də şeytanın rolu vardır.
d) Cüzi zərərlərinə görə, elektrik və yağışa “kaş olmayaydılar”,-deyə  bilmədiyimiz kimi, şeytana da “niyə yaradıldı?”,-deyə bilmərik. Bədənin ümumi sağlamlığını qorumaq üçün cüzi qanqrena olmuş əl və ya qol kəsilir. Eləcə də gətirdiyi böyük nəticə və faydalara görə, şeytanın varlığına da qarşı çıxmamalıyıq. Əsgərlərimiz həlak olur deyə “əsgərlik peşəsini qaldıraq, döyüşə getməyək”,-deyə bilərikmi? Əlbəttə ki, xeyr. Çünki bunu söyləmək gülüncdür. Bunun kimi, şeytanların bəzəyib-düzəməklə bizdən aldıqları Peyğəmbərimizin (s.a.s) iman adına qazandırdıqlarının yanında mində bir nisbətdə belə deyildir. “Necə olur? Axı şeytanın oyunları üzündən minlərlə insan cəhənnəmə gedir” deyilə bilməz? Çünki, mömindəki keyfiyyət, kafirdəki kəmiyyətdən həm daha önəmli, həm də üstündür. Bir insanın həyatı daha önəmlidir, yoxsa min böcəyin: Min xurma toxumundan 11 dənə ağac yetişib, geridə qalanları çürüyəndə, min toxuma sahib olmaqmı daha xeyirlidir, yoxsa 989-nun çürüməyinə baxmayaraq, 11 xurma ağacına sahib olmaqmı?