"Təvəkkül" "Vəkil" sözündən gəlir, Allahın gözəl adlarından biridir.
Vəkil - hər şeyi görən, hər şeydən xəbərdar olan, hər şeyi idarə edən, hər şeyi nəzarət altında saxlayan, yaratdığı bütün məxluqatın ruzisini və idarəsini Öz üzərinə götürmüş Allah mənasına gəlir.
İnsanın Allaha təvəkkül etməsi, yəni Ona vəkalət verməsi bizim məhkəmələrimizdəki vəkilliyə bənzəmir. Allaha təvəkkül etmək o deməkdir ki, bir şeyə nail olmaq üçün boynuna düşən bütün vəzifələrini yerinə yetirirsən və sonra nəticəni Allaha həvalə edirsən.
Təvəkkül məsələsində çox mühüm məqamlar var. Əvvəlcə gərək özündən başlayasan. Allah insanın bir məqsədə çatması üçün onun qarşısına müəyyən səbəblər və ya vasitələr qoyur. Həmin səbəblərə və ya vasitələrə riayət etmədən insan gərək Allaha təvəkkül etdiyini deməsin. Çünki Allah Quran-i Kərimdə insana öz ağlından və iradəsindən istifadə etməyi dönə-dönə buyurur. Yəni, sən əvvəlcə öz boynuna düşən işi ən gözəl şəkildə yerinə yetirməli (təbii ki, imkanın yetdiyi dərəcədə), sonra məsələni Allaha həvalə etməlisən. Heç bir əziyyət çəkmədən istədiyinə qovuşmaq, ya da məsələyə necə deyərlər, "Allahdan buyruq, ağzıma quyruq" düşüncəsi ilə yanaşmaq islam məntiqinə ziddir.
Əgər payızda tarladan yaxşı məhsul toplamaq istəyirsənsə, gərək yazda o yeri yaxşıca şumlayasan, malalayasan, toxum səpəsən, suvarasan, qoruyasan, yəni lazım olan nə varsa, yerinə yetirəsən. Və ya çoxlu pul qazanmaq istəyirsənsə, gərək ağıl işlədəsən, yol tapasan, zəhmət çəkəsən, səhər tezdən qalcıb qazanc dalınca gedəsən, bir sözlə, halal olan bütün imkanlardan istifadə edəsən.
Təvəkkül məsələsində ən mühüm məsələlərdən biri də Allaha etibar etməkdir, həm də lap işin başından. Əslində Allaha etibar etməyən insan ya imansızdır, ya cahil. Yəni, sən öz borcunu yerinə yetirəndə bütün ruhunla əmin olmalısan ki, Allah sənin heç bir zəhmətini boşa çıxarmayacaq. Etibar məsələsində ən mühüm məqam isə bizim əməyimizin, zəhmətimizin əvəzində Allahın verdiyi hər şeydən məmnun olmaqdır. Bəndə əmin olmalıdır ki, Allah onun üçün nəyin xeyir, nəyin zərər olduğunu onun özündən daha yaxşı bilir və ən yaxşısı da Allahın təqdir etdiyidir.
Təvəkkül düşüncəsi əslində insanın formalaşmasında çox böyük rol oynayan amillərdəndir.
Təvəkkül - Allaha etibar etməkdir. Onun mərhəməti altına girməyə can atmaqdır.
Quran-i Kərim də, Peyğəmbərimiz də (s.a.s) müsəlmanlara təvəkkül ruhu aşılayırlar.
Allah bizə layiq olduğu kimi təvəkkül etmək və edə bilmək dərəcəsi nəsib etsin!..
*("Ailəm",2011 iyun.)