Balaca qız özünü tanıdığı gündən
bəri anasından böyük bir şəfqət görmüş və ondan eşitdiyi sözlərlə, pambıq
şəhzadəsindən daha gözəl olduğuna inanmışdı. Ona görə nur üzlü və badam gözlü
idi. Biricik balasıydı hər zaman. Amma ibtidai sinfə başladığı vaxt işlər
dəyişdi. Dostları onun heç də gözəl olmadığını, hətta eybəcər belə sayıldığını
deyirdilər.
Balaca qız ilk əvvəllər onlara inanmadı. Çünki hər kəs bir-birini
qısqanırdı. Amma bir neçə il içində həqiqətlərlə üzləşdi. Anasının bir uşağa
bənzətdiyi üzü, solmuş bir çiçəyin cildinə sahib olduğu üçün yaşlı bir insan
üzünü xatırladırdı. “Badam” dediyi gözləri isə çəp idi. Boyunun da bir sərv
ağacıyla heç bir əlaqəsi yox idi. Demək ki, anası onu aldatmışdı və illərlə
çəkinmədən yalan demişdi.
Gənc qızın ana sevgisi qısa bir müddət ərzində nifrətə döndü. Evlənmə
çağına gəlməsinə baxmayaraq üzünə baxan yox idi. Üstəlik də gözləri bütün
müalicələrə baxmayaraq düzəlmirdi.
Gənc qız həkimlərin gizlicə edilən söhbətlərdən kor olacağını başa
düşəndə dəliyə döndü və onu hələ də uşaqlığında olduğu kimi sevən anasının
yalanlarına dözə bilməyib evi tərk etməyə qərar verdi. Ancaq, anası uzaq bir
yerdə iş tapdığını deyərək ondan əvvəl tərpəndi. Və qazandığı pulları bir
qohumuna göndərib qızına baxmasını xahiş etdi.
Gənc qızın gözləri bir müddət sonra görmədi. Artıq qaranlıq dünyasıyla
baş-başaydı. Bu müddət ərzində isə anasından ötrü heç narahatlıq keçirmirdi.
Yalançı idi anası, ölsəydi də bir şey əksilməzdi.
Bir gün həkimlər uyğun bir cüt göz tapdıqlarını deyərək qızı əməliyyat
etdilər. Ancaq, o gözünü açanda yenə eyni üzü görməkdən qorxurdu. Amma gün
işığını üçün darıxmışdı. Ən azından heç kimə yük olmazdı.
Gənc qız əməliyatdan sonra güzgüyə baxanda sevincdən qışqırdı. Qarşısında
bir dünya gözəli var idi. Həqiqətən də əla bir qız idi gördüyü. Üzündəki
sızaqlar tamamilə yox olmuşdu. Çox əyri olan burnu düzəlmiş və yabanı otlarını
xatırladan düz saçları dalğa-dalğa olmuşdu. Boyu da hər zamankından uzun idi.
Gənc qız yanındakı yaşlı həkimi sevinclə qucaqlayaraq:
-Sanki yenidən dünyaya gəldim!,
deyə bağırdı. Üzümdə heç bir çirkinlik qalmayıb. Plastik əməliyatı siz mi
etdiniz?
Yaşlı həkim:
-Yox, qızım!,
deyə gülümsədi. Ananın gözlərini qoyduq sadəcə. “Mənə lazım deyil” deyə
bağışlamışdı.
* Cüneyd Suavi - Hayatın İçinden 2, "Sevgi hikayeleri"
* Cüneyd Suavi - Hayatın İçinden 2, "Sevgi hikayeleri"